Elektromobillərə maraq durmadan artır - Bazara necə təsir göstərəcək?
İqtisadiyyat
25 mar 2024 | 16:16
Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 852 min dollar dəyərində 541 ədəd elektromobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir. 2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 13 milyon 532 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsi ilə 319 ədəd və ya 2,4 dəfə artıb. Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 9 milyon 320 min dollar dəyərində 222 ədəd elektromobil gətirilib. Bu təxminən son 2 ay ərzində hər gün ölkəyə 10 elektromobil avtomobilin idxalı deməkdir.

Bəs görəsən, bu faktor avtomobil bazarında hansı təsirlər göstərəcək? Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu, ölkəmizdə elektromobillərə olan marağın artmasının göstəricisidir:

"Elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi, yəni bu prosesin artan tendensiya üzrə getməsi özündə bu növ avtomobillərə marağın artmasının göstəricisidir. Çünki hazırki vəziyyətdə dövlətin özünün də yaratdığı şərait var ki, elektromobillər və ekologiyanın dostu sayılan karbon və digər qazların atmosfer çirklənmələrinə mane olacaq. Bununla bağlı dövlətin müəyyən konsepsiyası var".

Ekspert idxal göstəricisinin gələn il daha da artacağını proqnozlaşdırır.

"Xüsusən istixana qazlarının və digər qazların ətraf mühitə ziyan vurmaması üçün müəyyən dərəcədə qarşısının alınması planlaşdırılır. Ona görə də bu növ avtonəqliyyat vasitələrinə maraq da artmaqdadır. Düşünürəm ki, gələn idxalla bağlı rəqəmlər daha da artacaq. Çünki daha qənaətli, müasir və daha az xərc tələb edən avtomobillərin ölkəyə gətirilməsi istər sahibkarlar, istərsə də vətəndaşlar üçün olduqca maraqlıdır".
Dünən, 15:29
Ermənistanda əsgər yaralanıb: Müdafiə Nazirliyinin isə xəbəri yoxdur
Dünən, 15:24
Azərbaycan XİN Misirə başsağlığı verdi
Dünən, 14:50
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Dünən, 14:26
Pasportlarında "Azərbaycan" sözünü görən separatçılar İrəvanda aksiyaya başladılar
Dünən, 12:28
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Dünən, 12:10
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Dünən, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Dünən, 11:30
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Dünən, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 11:10
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir - Foto/Video
Dünən, 10:21
Nizami rayonunda məktəblərə gedən yolda şagirdlərə təhlükə: Sakinlər şikayət edirlər - Video
Dünən, 10:20
Azərbaycan nümayəndələri Ermənistanda - Foto
25-11-2026, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
25-11-2026, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
25-11-2026, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25-11-2026, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
25-11-2026, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
25-11-2026, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
25-11-2026, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
25-11-2026, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
25-11-2026, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
25-11-2026, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
25-11-2026, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
25-11-2026, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
25-11-2026, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
25-11-2026, 09:30
AZAL bilet qiymətlərini endirdi
25-11-2026, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu