KOBİA-nın sahibkarlarla növbəti görüşü Goranboy rayonunda keçirilib
130-a yaxın sahibkarın iştirak etdiyi görüşdə KOBİA əməkdaşları sahibkarların təkliflərini dinləyib, suallarını cavablandırıblar.
Sahibkarların dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeniliklər barədə məlumatlandırılması, inkişaf ehtiyaclarının və təkliflərinin dinlənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları bu dəfə Goranboy rayonunda olublar.
Biznes subyektlərinə sahibkar maraqlarının müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxış, məsləhət, təlim, hüquqi yardım kimi istiqamətlərdə dəstək və xidmət göstərən agentlik əməkdaşları Goranboy rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə sahibkarlığın qurulmasına və inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən KOBİA-nın xidmətləri barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara çatdırılacağı qeyd edilib. 130-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin, rayonda sahibkarlara dəstək və xidmət göstərən qurumların nümayəndələri də iştirak ediblər.
Görüş çərçivəsində, həmçinin KOBİA-nın Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisinin Goranboyda fəaliyyətə başlaması barədə məlumat verilib. Goranboy Mədəniyyət Mərkəzində fəaliyyət göstərən KOB dostu ofisi ilə tanışlıq zamanı qeyd edilib ki, bu ölkə üzrə sayca 51-ci KOB dostu ofisidir. Regionda Goranboyla yanaşı, Gəncə, Daşkəsən, Göygöl və Samuxda da KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostları agentliyin yerlərdə fəaliyyətinin səmərəli təşkilində, sahibkarların ehtiyaclarının yerində müəyyənləşdirilməsində və müvafiq tədbirlərin görülməsində əhəmiyyətli rol oynayır. KOB dostu Goranboyda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. Yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması KOB dostunun başlıca fəaliyyət istiqamətlərindən olacaq. Sahibkarlarla fərdi və qrup halında görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi, dövlət qurumlarının iştirakı ilə tədbirlərin təşkili məqsədilə KOB dostu ofisində lazımi şərait yaradılıb. Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev sahibkarları və biznesə başlamaq istəyən vətəndaşları KOB dostu ilə fəal əməkdaşlığa dəvət ediblər.

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start