Unun qiymətində KƏSKİN ARTIM
İqtisadiyyat
5 iyn 2024 | 14:30
Ərzaq, xüsusilə mövsüm meyvələri, tərəvəzlərin qiymətində artıma öyrəşsək də, son günlər unun bahalaşması əhali arasında narahatlıq doğurub. Belə ki, 50 kiloqramlıq un kisəsinin qiyməti iki həftə öncəyə qədər 25-27 manata satılırdısa, bu gün 32-35 manat aralığında dəyişir.

Qiymət artımının səbəbi, nə qədər davam edəcəyi insanlar arasında müzakirə mövzusuna çevrilib.

Bəs görəsən, qiymət artımının qarşısını almaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, unun qiymətində müşahidə edilən bahalaşma dünya birjalarında olan məsələ ilə əlaqədardır:



"Artım xüsusilə Avropada, Rusiyada buğdanın məhsuldarlığı ilə bağlı proqnozlarla əlaqəlidir. Çünki bu gün Ukrayna buğdası dünya bazarına rahat şəkildə çıxarıla bilmir. Aprel-may aylarında kəskin artımdan sonra dünya bazarında buğda qiymətlərinin stabilləşməsi müşahidə edilir.

Bəzən qiymət artımı ilə bağlı tendensiyanın dayanması və ya stabilləşməsi ilə bağlı suallar ünvanlanır. Bunu Rusiya-Ukrayna müharibəsini təhlil etməklə müşahidə etmək olar. Ukrayna müharibəsinin yekunlaşması, Qara dənizin sülh dənizinə çevrilməsi vacibdir.

İkinci məsələ iqlim şərtləri ilə bağlıdır. Bu isə insan amilinin təsir edə bilmədiyi nüansdır. Yağıntıların dəyişməsi buğda məhsuldarlığına təsir edir. Bu da özünü qiymətlərdə göstərir. Dünyada bu məsələlər bazar qiymətləri ilə tənzimlənir.

Onu da vurğulayım ki, Azərbaycanda ümumi buğda həcminin 58-60%-i yerli istehsalın payına düşür. Qalan 40-42%-i isə idxal edilir. Ancaq buna baxmayaraq, Azərbaycan ərzaqlıq buğdanın 75 faizini idxal etmək məcburiyyətindədir. Çünki ölkəmizdə yığılan buğdanın keyfiyyəti Ukrayna, Rusiya, Qazaxıstanın buğdası ilə müqayisədə o qədər də ürəkaçan deyil və yerli istehsalın 25 faizini təşkil edir. Bu da bizim idxaldan asılı olduğumuzu göstərir.

Dünya bazarında un qiymətlərinin artması Azərbaycanda da un bazarına, şözsüz ki, təsir göstərəcək. Son məlumatlara görə, un qiymətləri aprel-may aylarında yüksəlib, amma hazırda birjalarda növbəti artım müşahidə edilmir. Hər ay Ümumdünya Ərzaq Təşkilatı anbar qalıqları, məhsuldarlıq, tələbat, yığım, sifarişlər ilə bağlı məlumat yayır. Un qiymətləri istiqamətini bütün bunlardan asılı olaraq götürəcək. Amma qeyd edim ki, bu gün dünya birjasında un bazarındakı qiymətlər təxminən ötən ilin iyul-avqust aylarındakı qiymətlərlə eynilik təşkil edir. O baxımdan düşünürəm ki, hələlik narahat olmalı durum yoxdur"
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start