ESG platforması COP29 çərçivəsində təqdim olundu
İqtisadiyyat
16 noy 2024 | 13:00
COP29-un altıncı günündə Mavi Zonada Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə, yəni Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) təcrübələri və təşəbbüsləri üzrə vahid onlayn məkanın - ESGhub.az platformasının təqdimatı keçirilib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bildirib ki, bu gün işgüzar dairələr və cəmiyyətlərin dayanıqlı inkişafa və etik dəyərlərə yanaşmasında böyük dəyişikliklərin şahidi oluruq.

İqlim dəyişikliyi, sosial bərabərsizlik, dayanıqlı maliyyə, şəffaf idarəetmə ilə bağlı çağırışlar dünyada daha geniş miqyasda qəbul edilir və bu mənada ESG prinsiplərinin və ESG üzrə hesabatlılığın vacibliyi gündən-günə artır. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, dövlət-biznes dialoqu çərçivəsində ABB, "Azercell Telecom" və digər maraqlı tərəflərin dəstəyi ilə yaradılan "ESG Hub" Azərbaycan platformasının istifadəyə verilməsi ilə bu çağırışlara cavab vermək hədəflənir.

Təqdimatda qeyd olunub ki, "ESG Hub" platforması sadəcə təqdim etdiyi çoxşaxəli resurslar vasitəsilə ESG sahəsində məlumatlılığın artırılmasını hədəfləmir, həm də dövlət və özəl sektorun ESG səylərini birləşdirən şəbəkə platforması kimi davamlı və dayanıqlı gələcəyə töhfə vermək missiyası daşıyır. Bu platforma imkan verəcək ki, hər bir təşkilat öz fəaliyyətinə ESG dəyərlərini daxil edə bilsin, uzunmüddətli dayanıqlı inkişafa və gələcək nəsillərə töhfə versin.

Vurğulanıb ki, "ESG Hub" təşkilatların ESG prinsiplərini gündəlik fəaliyyətlərinə və uzunmüddətli strategiyalarına daxil etmələrini asanlaşdırmaq üçün geniş imkanlar təqdim edir.



Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start