Bağlanmış bankların kreditlərini ödəniş sistemləri və mobil tətbiqlər vasitəsilə odəmək mümkün olacaq
Xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yeni layihələrin təqdimatını həyata keçirən Əmanətlərin Sığortalanması Fondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.
Fonddan verilən məlumata görə, ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş sistemi və terminalları, habelə AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirə biləcəklər. Qeyd edək ki, onlayn ödəniş sistemləri və terminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqı tutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindən də həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödəniş terminallarının AZN valyutası ilə yanaşı, ABŞ dolları və Avro əskinaslarını qəbul edə bilməsidir.
LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiya nömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməklə kredit ödənişlərini AniPay, M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqləri, habelə MilliÖn onlayn ödəniş sistemi və ya terminalları vasitəsilə həyata keçirə biləcəklər. Borcalanlar AniPay, MilliÖn və M10 ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər. ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra Fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank” ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib “Dövlət” alt bölməsinə daxil olub Fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.
Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlamışdır. Ləğv prosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqar kəndlərdə belə kredit ödənişlərini sürətli, çevik və daha asan şəkildə ödəyə biləcəklər. Qeyd edək ki, artıq LPO bankların müştəriləri Azərpoçt məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər.
Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldan istifadə və pulun qalığının qaytarılması imkanı nəzərdə tutulmamışdır. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniz tövsiyə edilir.

Bu gün, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bu gün, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Bu gün, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Bu gün, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Bu gün, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Bu gün, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Bu gün, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Bu gün, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Bu gün, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Bu gün, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Bu gün, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Bu gün, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Bu gün, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Bu gün, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu gün, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Bu gün, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Bu gün, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Bu gün, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Bu gün, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Bu gün, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Bu gün, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman