Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub
Mədəniyyət
8 dek 2025 | 15:09
Heydər Əliyev Fondunun tərəfdaşlığı, Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025"in açılış mərasimi keçirilib.

Azerimedia.Az "Report"a istinadla xəbər verir ki, tədbirdə İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi, bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq:

"Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək".

Nazir tədbirin keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib:

"Habelə Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik".

Rəsmi açılışdan sonra Mövlanə Cəlaləddin Ruminin "Zaman dairəsindən çıx - Sevgi dairəsinə daxil ol" kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, "Atesh Hub"un təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi "Yaylıq" təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin "Şuşa" kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.

Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər.

Qeyd edək ki, festival dekabrın 11-dək davam edəcək.















Dünən, 15:29
Ermənistanda əsgər yaralanıb: Müdafiə Nazirliyinin isə xəbəri yoxdur
Dünən, 15:24
Azərbaycan XİN Misirə başsağlığı verdi
Dünən, 14:50
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Dünən, 14:26
Pasportlarında "Azərbaycan" sözünü görən separatçılar İrəvanda aksiyaya başladılar
Dünən, 12:28
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Dünən, 12:10
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Dünən, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Dünən, 11:30
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Dünən, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 11:10
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir - Foto/Video
Dünən, 10:21
Nizami rayonunda məktəblərə gedən yolda şagirdlərə təhlükə: Sakinlər şikayət edirlər - Video
Dünən, 10:20
Azərbaycan nümayəndələri Ermənistanda - Foto
25-11-2026, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
25-11-2026, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
25-11-2026, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25-11-2026, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
25-11-2026, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
25-11-2026, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
25-11-2026, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
25-11-2026, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
25-11-2026, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
25-11-2026, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
25-11-2026, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
25-11-2026, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
25-11-2026, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
25-11-2026, 09:30
AZAL bilet qiymətlərini endirdi
25-11-2026, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu