Xalq artisti İlham Namiq Kamalın doğum günüdür
Mədəniyyət
9 yan 2026 | 11:59
9 yanvar Azərbaycanın Xalq artisti, aktyor, teatr rejissoru İlham Əhmədovun (İlham Namiq Kamal) doğum günüdür.

Azerimedia.Az xatırladır ki, İlham Əhmədov 1949-cu il yanvarın 9-da Bakı şəhərində anadan olub. Əslən Şamaxıdandır.

O, 1966-cı ildə 31 saylı orta məktəbi bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

SSRİ Xalq artisti Adil İsgəndərovun və Azərbaycan SSR Xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb.

1968-ci il dekabrın 16-da onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər. Bu kollektivdə "Mirzə Cavad" ("Aydın", Cəfər Cabbarlı), "Şvester" ("Meteor", Fridrix Dürrenmatt), "Lomov" ("Elçilik", Anton Çexov), "Rekrutçu" ("Sahildə bir ev", Stefan Sveyq), "Baş katib" ("Sehirli kreslo", Friteş Korinti), "Molla Səbzəli" ("Üləma məclisi", Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını canlandırıb.


O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevralın 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Həmin il fevralın 3-dən Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb.

1989-cu il martın 20-də istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrına keçib. Bu kollektiv 1993-cü il yanvarın 26-dan Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" ("Məsuliyyətsiz"), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" ("Dadaşbala"), İsi Məlikzadənin "Sultanqulu körpüsü" ("Sultanqulu"), Robber Tomanın "Arvadımın qatili" ("Daniel"), Vaqif Səmədoğlunun "Dağ tikirik" ("Kələntər"), Georgi Xuqayevin "Arvadımın əri özüməm" ("Kazbek") pyeslərinin səhnə təfsirində, "Gül, sevin, gül" (müxtəlif sifət-maskalar) şou-tamaşasında baş rolları ifa edib



Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda, 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin anası və yaxud evlənmə əhvalatı" ("Albadam"), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, məndə qoz var" ("Adil", "Farmazov", "Aşıq", "Professor" və "Əyyaş"), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" ("Domeniko Soriano") musiqili komediyalarında oynayıb.

1993-cü il iyunun 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışıb. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır.



1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir.

2013-cü il iyunun 25-də "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü il martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.

2023-cü il dekabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Dünən, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Dünən, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
Dünən, 16:30
Kolumbiyada matəm elan olundu
Dünən, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
Dünən, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
Dünən, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
Dünən, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
Dünən, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
Dünən, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
Dünən, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
Dünən, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
Dünən, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
Dünən, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
Dünən, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
11-08-2026, 13:37
Uitkof: İlham Əliyev milli maraqları, regional sabitliyi başa düşən lider kimi heyran etdi
11-08-2026, 13:30
Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
11-08-2026, 13:25
"Fənərbağça" hücum xəttinə ulduz futbolçu gətirir - FOTO
11-08-2026, 13:16
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
11-08-2026, 13:00
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
11-08-2026, 12:34
Dünyada "Gunra" virusu yayılır: ABŞ və Cənubi Koreya hüquq mühafizə orqanları hərəkətə keçdi
11-08-2026, 12:30
Meteohəssas insanların NƏZƏRİNƏ
11-08-2026, 12:00
Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
11-08-2026, 10:23
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
11-08-2026, 09:58
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ