Tanqo ritmini Azərbaycan estradasına gətirən ilk bəstəkarlardan biri - Elza İbrahimovanın doğum günüdür
Mədəniyyət
10 yan 2026 | 11:30
Yanvarın 10-u bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın doğum günüdür.

Azerimedia.Az xatırladır ki, Elza İmaməddin qızı İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub.

O, Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.

Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o, musiqi məktəbinə yazdırılır.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər, "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və s. tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Videoya baxmaq üçün linkə daxil olun

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.



Bir-birindən maraqlı, orijinal mahnılarla bərabər, romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey Vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dilində onlarla poetik nümunəyə musiqi yazıb. 1992-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" adına layiq görülüb. 2008-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" adına layiq görülüb.

Videoya baxmaq üçün linkə daxil olun

Görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə, 74 yaşında vəfat edib. Bəstəkar İkinci Fəxri xiyabanda dəfn olunub.

22 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Dünən, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Dünən, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
Dünən, 16:30
Kolumbiyada matəm elan olundu
Dünən, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
Dünən, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
Dünən, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
Dünən, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
Dünən, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
Dünən, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
Dünən, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
Dünən, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
Dünən, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
Dünən, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
Dünən, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
11-08-2026, 13:37
Uitkof: İlham Əliyev milli maraqları, regional sabitliyi başa düşən lider kimi heyran etdi
11-08-2026, 13:30
Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
11-08-2026, 13:25
"Fənərbağça" hücum xəttinə ulduz futbolçu gətirir - FOTO
11-08-2026, 13:16
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
11-08-2026, 13:00
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
11-08-2026, 12:34
Dünyada "Gunra" virusu yayılır: ABŞ və Cənubi Koreya hüquq mühafizə orqanları hərəkətə keçdi
11-08-2026, 12:30
Meteohəssas insanların NƏZƏRİNƏ
11-08-2026, 12:00
Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
11-08-2026, 10:23
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
11-08-2026, 09:58
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ