Ömrünü elmə həsr edən dünyaşöhrətli alim Lütfi Zadənin doğum günüdür
Fevralın 4-də dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür.
Azerimedia.Az xatırladır ki, 1921-ci ildə Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olub.
Böyük alimin ABŞ həyatı isə 1944-cü ildən başlayıb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib. Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. O, həmin ali təhsil ocağında ömürlük professor və "Soft Computing" İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq ("Fuzzy Logic") nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Alim, həmçinin "Təəssürat nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında "Müasir elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir" kitabları yazılıb, "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. 2021-ci ilin yanvarın 21-də isə Prezident İlham Əliyev "Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.
Dünya şöhrətli alim sonuncu dəfə 2008-ci ilin noyabrında "BakuTel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün Bakıya gəlib. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək "Honda" mükafatı ilə təltif olunub.
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs olub. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan "Institute Zadeh-ZIFT" İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.
Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətin və fondun mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib.
O, eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya Cəmiyyəti Problemləri" və "İnformasiya Texnologiyaları Problemləri" jurnallarının fəxri baş redaktoru olub.
Lütfi Zadə 6 2017-ci il sentyabrın 6-da ABŞ-nin Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib.
Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və Fəxri xiyabanda dəfn edilib.

24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 13:00
İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
24-07-2026, 12:49
Malayziya səfiri Dövlət Departamentinə çağırıldı - Vaşinqtonu narahat edən səbəb nədir?
24-07-2026, 12:38
Daha 65 ailənin yurd həsrəti bitdi: Xocalının beş kəndi sakinlərinə qovuşdu - FOTO
24-07-2026, 11:51
Təsərrüfat sahiblərinin NƏZƏRİNƏ - Yeni qayda TƏSDİQLƏNDİ
24-07-2026, 11:22
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
24-07-2026, 10:33
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:15
Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ
24-07-2026, 09:45
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
24-07-2026, 09:30
Azərbaycanda zəlzələ oldu
23-07-2026, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
23-07-2026, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
23-07-2026, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
23-07-2026, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
23-07-2026, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
23-07-2026, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
23-07-2026, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
23-07-2026, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq