Qəbələdə musiqi bayramı: "Qış nağılı" II Beynəlxalq Festivalı yekunlaşdı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə Qəbələdə keçirilən "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalı başa çatıb.
2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən "Qış nağılı" festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.
Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 5-də başlayan festival çərçivəsində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim edilib. Vokal, kamera instrumental musiqi axşamları, soloçıxışlar, autizmli pianoçunun konserti, Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən "Bakı-Neapol: Musiqi körpüsü" kamera musiqi axşamı izləyicilərin ürəyincə olub.
Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti keçirilib. Mərasimdə Leyla Əliyeva, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.
"Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi" adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri səsləndirilib, İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxıb.
Konsertə başlamazdan əvvəl ispan və Azərbaycan musiqiçilərinin yaradıcılığı barədə qısa məlumat verilib. Bildirilib ki, dünyaşöhrətli flamenko pianoçusu və bəstəkar Andres Barrios klassik musiqi təhsili alıb. Caz musiqisi sahəsində dərin biliklərə yiyələnən sənətçi eklektik və yenilikçi yaradıcılıq üslubu ilə seçilir. Onun musiqisi XXI əsr flamenkosunun cəsarətli və müasir ifadəsi kimi, müxtəlif dünya musiqi üslublarını ustalıqla birləşdirir.
Diqqətə çatdırılıb ki, konsertdə iştirak edən azərbaycanlı musiqiçi, tarzən İbrahim Babayev hər zaman özünəməxsus eksperimentləri ilə seçilməyi bacarır. O, muğam ənənələrinə əsaslanaraq, onlara elektron və çağdaş musiqi elementlərini əlavə edir. Pianoçu Nicat Aslanov isə muğam, etnocaz və müasir cazın sintezinə əsaslanan bir yaradıcılığa sahibdir.
Konsertdə Andres Barriosun ifasında "Ecdysis", "Meraki", "Noche Andaluza", "İsbilya", "La Colombiana" və ispan xalq nəğmələri səsləndirilib. İspaniyalı rəqqasə Cristina Cazorla və rəqqas Javier Morenonun təqdim etdikləri flamenko rəqs kompozisiyaları, həmçinin tarzən İbrahim Babayevin pianoçu Andres Barriosla birgə ifa etdiyi muğam və flamenko improvizələr, xalq mahnısı "Yaylıq" tamaşaçılara böyük zövq verib.
Yekun konsertində, həmçinin tanınmış azərbaycanlı pianoçu və caz bəstəkarı Nicat Aslanovun və caz triosunun üzvləri Fuad Cəfər (bas gitara) və Həsən Bilalovun (zərb alətləri) ifasında solo performans və flamenko improvizələri təqdim olunub.
Beləliklə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə Qəbələdə keçirilən "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.

30-05-2026, 14:57
Qabiliyyət imtahanlarına qeydiyyat yekunlaşır
30-05-2026, 14:02
Xalq artisti Səidə Quliyeva: "Üç il məni qəbul etmədi" - FOTO - VİDEOMÜSAHİBƏ
30-05-2026, 12:30
Ukrayna Rusiyanın iki hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv edib
30-05-2026, 11:59
İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
30-05-2026, 11:10
Külək nəticəsində Bakıda 41 ağac sınıb
30-05-2026, 11:09
Mirzə Ələkbər Sabirin doğum günüdür - FOTO
30-05-2026, 10:41
Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq
30-05-2026, 10:37
Rusiya Ermənistandakı səfirini geri çağırdı - SƏBƏB
29-05-2026, 12:40
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
29-05-2026, 12:39
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar
29-05-2026, 12:38
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
29-05-2026, 10:13
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndəriləcək
29-05-2026, 09:14
Avropa çempionatı: Azərbaycan İtaliyaya qarşı
27-05-2026, 14:17
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında çıxış edə bilər
27-05-2026, 13:15
Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı - FOTO
27-05-2026, 12:16
ABŞ səfirliyi: "Azərbaycan dini tolerantlıq sahəsində zəngin ənənələrini nümayiş etdirir" - FOTO
27-05-2026, 12:05
Bayram günündə qurbanlıq heyvanların satış və kəsimi - FOTOREPORTAJ
27-05-2026, 11:57
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT
27-05-2026, 11:18
Qəbələnin bir hissəsi qazsız qalıb - SƏBƏB
27-05-2026, 11:08
WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB
27-05-2026, 10:30
Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar
27-05-2026, 09:30
Bakıdakı məscidlərdə Qurban bayramının namazı qılınıb - VİDEO
27-05-2026, 08:13
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
26-05-2026, 10:56
Ömürlük pensiya alanların nəzərinə
26-05-2026, 10:51
Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
26-05-2026, 10:48
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
26-05-2026, 10:19
DİM xarici dil imtahanının modelini DƏYİŞİR: 100 sözlük mətn TƏLƏBİ