Əməkdar artist Suğra Bağırzadənin doğum günüdür
Mədəniyyət
10 fev 2026 | 12:06
Fevralın 10-u aktrisa və rəssam, Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadənin doğum günüdür.
Azerimedia.Az xatırladır ki, Suğra Bağırzadə 1947-ci ildə Bakı şəhərində anadan olub.

Orta təhsilini Bakıdakı 7 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" mahnısı olub. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Cücələrim" mahnısı "Artek" pioner düşərgəsində buraxılan "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valına daxil edilib.

Videoya baxmaq üçün linkə daxil olun

12 yaşında istedadlı qız "Azərbaycanfilm" kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. Səkkizinci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın "Yollar və küçələrlə" qısametrajlı filmində baş rolda çəkilib. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan "Ulduz" filmində "Yetər" roluna dəvət olunub.

Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdıb. Bununla yanaşı, aktrisa kimi fəaliyyətini davam etdirib və bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb.

Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəsinə çevrilib. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısıdır.

Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Buraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Qurum tərəfindən "Floristika sənayesində yeni peşəkar istiqamət" sertifikatı ilə mükafatlandırılıb. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib.

Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunub. Azərbaycan dilində ilk dəfə nəşr edilən "Floristika" kitabının müəllifidir. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət" ordeni ilə mükafatlandırılıb. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Dünən, 15:43
Azərbaycanda əhalinin gəlirləri artıb
Dünən, 15:42
FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi
Dünən, 14:39
Ukraynanın Tatarıstana hücumu:12 ölü, 39 yaralı
Dünən, 13:44
Daha iki ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Dünən, 13:41
Xameneinin kürəkəni Xərrazidən Tehranı silkələyən ÇAĞIRIŞ
Dünən, 13:40
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
Dünən, 13:33
Şair Çingiz Əlioğlu dəfn olunub
Dünən, 11:30
Bakıda çimərlikdən meyit tapıldı
Dünən, 11:06
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
Dünən, 11:00
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO
7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
7-08-2026, 16:06
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib - FOTO
7-08-2026, 15:10
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik etdi
7-08-2026, 13:59
İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
7-08-2026, 13:30
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT
7-08-2026, 13:20
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
7-08-2026, 13:01
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
7-08-2026, 12:40
Media və Yayım Şurasının strukturu təsdiqlənib
7-08-2026, 11:49
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - VİDEO
7-08-2026, 11:45
KİV: Anomal istilər Avropa iqtisadiyyatına 800 milyard avro ziyan vura bilər
7-08-2026, 10:41
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
7-08-2026, 10:12
Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib
7-08-2026, 10:07
Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
7-08-2026, 09:43
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
7-08-2026, 09:34
Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ
6-08-2026, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR