Qəzəlxan Əliağa Vahidin doğum günüdür - VİDEO
Fevralın 17-si Azərbaycan şairi, qəzəlxan və meyxanaçı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əliağa Vahidin doğum günüdür.
Azerimedia.Az xatırladır ki, Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1895-ci ildə Bakı şəhərində anadan olub.
Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.
Videoya baxmaq üçün linkə daxil olun
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısının sözləri də Əliağa Vahidə məxsusdur.
Əliağa Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırıb, ona 1951-ci ildə ikiotaqlı mənzil verib.
Qəzəlxan 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçərişəhərə köçürülüb.
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Dünən, 15:43
Azərbaycanda əhalinin gəlirləri artıb
Dünən, 15:42
FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi
Dünən, 14:39
Ukraynanın Tatarıstana hücumu:12 ölü, 39 yaralı
Dünən, 13:44
Daha iki ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Dünən, 13:41
Xameneinin kürəkəni Xərrazidən Tehranı silkələyən ÇAĞIRIŞ
Dünən, 13:40
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
Dünən, 13:33
Şair Çingiz Əlioğlu dəfn olunub
Dünən, 11:30
Bakıda çimərlikdən meyit tapıldı
Dünən, 11:06
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
Dünən, 11:00
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO
7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
7-08-2026, 16:06
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib - FOTO
7-08-2026, 15:10
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik etdi
7-08-2026, 13:59
İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
7-08-2026, 13:30
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT
7-08-2026, 13:20
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
7-08-2026, 13:01
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
7-08-2026, 12:40
Media və Yayım Şurasının strukturu təsdiqlənib
7-08-2026, 11:49
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - VİDEO
7-08-2026, 11:45
KİV: Anomal istilər Avropa iqtisadiyyatına 800 milyard avro ziyan vura bilər
7-08-2026, 10:41
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
7-08-2026, 10:12
Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib
7-08-2026, 10:07
Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
7-08-2026, 09:43
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
7-08-2026, 09:34
Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ
6-08-2026, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR