Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - VİDEO
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
Azerimedia.Az xəbər verir ki, cənazəni gətirən təyyarə hava limanına enib.
Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinci Fəxri xiyabanda dəfn edilməsi planlaşdırılır.
29 mart, 17:42
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi axşam, yerli vaxtla saat 22:25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq.
Azerimedia.Az xəbər verir ki, cənazəni gətirən təyyarənin 30 mart, saat 02:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir.
Aktyorla vida mərasimi martın 30-da, saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
29 mart, 16:20
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.
Azerimedia.Az xəbər verir ki, cənazə xəstəxanadan çıxarılaraq məscidə aparılıb, zəruri prosedurlar yerinə yetirildikdən sonra təyyarə ilə Bakıya göndəriləcək.
Bundan başqa, qeyd olunub ki, aktyor I Fəxri xiyabanda dəfn ediləcək. Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.
29 mart, 15:58
Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı yeni təfərrüat məlum olub.
Azerimedia.Az xəbər verir ki, tanınmış aktyor bir müddətdir onkoloji xəstəlik səbəbindən müalicə alırmış.
Bildirilib ki, onun səhhəti iki gün əvvəl qəfil pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər saatlarında isə vəziyyəti daha da ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Rasim Balayev ötən il Bakıda əməliyyat olunub, daha sonra kimyaterapiya kursu keçib.
29 mart, 13:52
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
Azerimedia.Az xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı.
O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.
O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
1976-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı ("Atları yəhərləyin" bədii filmində "Səlim bəy" roluna görə) təqdim olunub. 1988-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri, "Heydər Əliyevin 100 illiyi" (1923-2023) yubiley medalı, 2019-cu ildə Cəfər Cabbarlı mükafatı, həmçinin bir sıra digər dövlət mükafat və medalları ilə təltif olunub.
R.Balayev 5 mart 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdi.

7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
7-08-2026, 16:06
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib - FOTO
7-08-2026, 15:10
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik etdi
7-08-2026, 13:59
İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
7-08-2026, 13:30
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT
7-08-2026, 13:20
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
7-08-2026, 13:01
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
7-08-2026, 12:40
Media və Yayım Şurasının strukturu təsdiqlənib
7-08-2026, 11:49
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - VİDEO
7-08-2026, 11:45
KİV: Anomal istilər Avropa iqtisadiyyatına 800 milyard avro ziyan vura bilər
7-08-2026, 10:41
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
7-08-2026, 10:12
Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib
7-08-2026, 10:07
Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
7-08-2026, 09:43
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
7-08-2026, 09:34
Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ
6-08-2026, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR
6-08-2026, 10:53
Dünyanı aclıq təhlükəsi gözləyir: Daha 49 milyon insan risk altında
6-08-2026, 10:42
72 min miqrant, onlarla ölüm: Seuta böhranının arxasında kim dayanır?
6-08-2026, 10:41
Ceyhun Bayramov Ukraynaya getdi
6-08-2026, 09:39
Qızıl bahalaşdı
6-08-2026, 09:38
Avropada növbəti dayanacaq: "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq
5-08-2026, 13:36
Rusiyada miqrantlar üçün YENİ QƏRAR
5-08-2026, 11:49
İranlı professor: "Azərbaycanı hədələmək əvəzinə əməkdaşlıq etməliyik" - FOTO
5-08-2026, 11:30
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI
5-08-2026, 11:01
Azərbaycanda 20-yə yaxın yeni hərbi infrastruktur istifadəyə verildi - FOTO - VİDEO
5-08-2026, 10:47
Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO