Azərbaycan səhnəsinin "Qayınana"sı: Nəsibə Zeynalovanın doğum günüdür - VİDEO
Mədəniyyət
20 apr 2026 | 10:28
20 aprel Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.

Azerimedia.Az xatırladır ki, tamaşaçılar arasında "qayınana" kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı ildə Bakıda dünyaya göz açıb.

O, Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında, 1937-ci ildə Bakıda aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən "Katarina" ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), "Elvira" ("Don Juan", Jan Batist Molyer), "Yelizaveta" ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.




Aktrisa milli klassik operettalarımızın tamaşalarında "Gülpəri", "Cahan xala", "Sənəm" ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad" - Üzeyir bəy Hacıbəyov), "Mələk xanım" və "Kələk xanım" ("Əlli yaşında cavan" - Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, "Azərbaycanfilm"in çoxsaylı ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində "Fatmanisə" ("Ögey ana"), "Telli" ("Böyük dayaq"), "Züleyxa" ("Ulduz"), "Cənnət xala" ("Qayınana"), "Gülsüm" ("Molla Fətəlinin sərgüzəşti"), "Əsli xala" ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.

1978-ci ildə çəkilən "Qayınana" filmində yaratdığı "Cənnət" obrazı Nəsibə xanımın yaradıcılığında sanki bir möhür olur. Həmin filmdən sonra onu hətta "XX əsrin qayınanası" adlandırırlar.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1967-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. "Hicran" musiqili komediyasındakı "Qızbacı" roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Bu gün, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 10:53
Dünyanı aclıq təhlükəsi gözləyir: Daha 49 milyon insan risk altında
Bu gün, 10:42
72 min miqrant, onlarla ölüm: Seuta böhranının arxasında kim dayanır?
Bu gün, 10:41
Ceyhun Bayramov Ukraynaya getdi
Bu gün, 09:39
Qızıl bahalaşdı
Bu gün, 09:38
Avropada növbəti dayanacaq: "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq
Dünən, 13:36
Rusiyada miqrantlar üçün YENİ QƏRAR
Dünən, 11:49
İranlı professor: "Azərbaycanı hədələmək əvəzinə əməkdaşlıq etməliyik" - FOTO
Dünən, 11:30
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI
Dünən, 11:01
Azərbaycanda 20-yə yaxın yeni hərbi infrastruktur istifadəyə verildi - FOTO - VİDEO
Dünən, 10:47
Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO
Dünən, 10:19
Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu - SƏBƏB - FOTO
Dünən, 09:48
Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI
4-08-2026, 15:49
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
4-08-2026, 15:17
Türkiyə XİN-dən Qara dənizdə ölkənin gəmilərinə edilən hücumlarla bağlı açıqlama
4-08-2026, 15:10
Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
4-08-2026, 15:08
Metroda qatarların hərəkət intervalı dəyişdiriləcək
4-08-2026, 14:30
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
4-08-2026, 14:11
"Nizami" - "28 May" arasında avtobuslar PULLU OLACAQ - RƏSMİ
4-08-2026, 13:42
İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ
4-08-2026, 13:39
ATƏT sədri: "Sülh sazişi hər iki ölkənin xalqı üçün faydalı olacaq"
4-08-2026, 13:30
Ceyhun Bayramov: "Qars-Iğdır-Dilucu layihəsinin inşası başa çatdırılır"
4-08-2026, 13:10
Ceyhun Bayramov: "110 İsveçrə şirkəti Azərbaycanda qeydiyyatdan keçib"
4-08-2026, 12:50
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib
4-08-2026, 12:43
Yayda təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər edilir?
4-08-2026, 12:30
İlham Əliyev yeni icra başçısı təyin etdi
4-08-2026, 12:24
"Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?