Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
Mədəniyyət
26 may 2026 | 10:51
Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür.

Azerimedia.Az xəbər verir ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində (indiki Füzuli rayonu) tanınmış və hörmətli tacir ailəsində anadan olub.

Əfəndiyevlər ailəsi sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalıb, onların ata-baba mülkü əllərindən alınıb, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnib, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunublar.

İ.Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır:

"Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım".

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ. Əfəndiyev bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi.

1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı ilk oçerki, "Bataqlıq soldatları" kinofilminə yazdığı ilk resenziyası, "Aşağı mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi, "Namuslu fəhlələrin sırasını çoxaltmalı", "Şərəf və iftixar işi" adlı yazıları işıq üzü görüb.

Yazıçı "Yeni yol" qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə "Kommunist" (1939 -1940), sonra isə "Ədəbiyyat qəzeti"ndə nəsr şöbəsinin müdiri kimi davam etdirir.

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev "Şərəf Nişanı" ordeni ilə təltif edilib.

1954-cü ildə tamaşaya qoyulmuş "Atayevlər ailəsi" dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış uğurlu bir addım idi.

İlyas Əfəndiyev 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib.

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə əlaqədar olaraq ədib "Oktyabr İnqilabı" ordeni ilə təltif olunur. Azərnəşr onun dördcildlik "Seçilmiş əsərləri"ni nəşr edir.

Ədibin neçə-neçə pyesləri, uşaq hekayələri, povestləri, romanları oxucuların ürəyində taxt qurur. Bunlardan "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani" pyesləri, "Ceyran ovu", "Yasəmən ağacı" uşaq hekayələri, "Kənddən məktublar", "Aydınlıq gecələr" povestləri, "Xan çinar", "Sarıköynəklə Valehin nağılı" romanlarının və s. adlarını çəkmək olar.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülür.

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd olunarkən "Yazıçı" nəşriyyatı 1984-1985-ci illərdə oxucularına gözəl bir hədiyyə hazırlayaraq, ədibin 6 cildlik "Seçilmiş əsərləri"ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etdirir.

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə reallaşdırır.

Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti yazıçını "Şöhrət" ordeni ilə təltif edir.

Xalq yazıçısı 3 oktyabr 1996-cı ildə 82 yaşında vəfat edib.
Bu gün, 10:56
Ömürlük pensiya alanların nəzərinə
Bu gün, 10:51
Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
Bu gün, 10:48
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Bu gün, 10:19
DİM xarici dil imtahanının modelini DƏYİŞİR: 100 sözlük mətn TƏLƏBİ
Dünən, 11:43
Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO
Dünən, 11:39
Dünya çempionatına hazırlaşan Messi üçün PİS XƏBƏR
Dünən, 11:27
Sərdar və Qurbanqulu Berdiməhəmmədovlar İlham Əliyevi təbrik etdilər
Dünən, 11:07
İlham Əliyev İordaniya kralını təbrik etdi
Dünən, 11:05
Bakıda bir qəsəbəyə çəkilən alternativ yolu da sel apardı - FOTO - VİDEO
Dünən, 10:32
Yağışa görə buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərə ŞAD XƏBƏR
Dünən, 10:23
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər - FOTO
Dünən, 10:18
34 il sonra İLK: Şuşanın Böyük Qaladərəsi kəndinə köç başlayır
Dünən, 10:11
Şuşa və Xankəndiyə sel gəldi - VİDEO
Dünən, 09:35
Qurban bayramı ilə bağlı fətva verildi
23-05-2026, 15:29
İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq
23-05-2026, 15:26
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? - VİDEO
23-05-2026, 15:20
Avropanın top-liqalarında mövsümün son oyunları - AFİŞA
23-05-2026, 14:42
Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır
23-05-2026, 14:23
Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib
23-05-2026, 13:33
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 13:30
Xəzər suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılıb - Yeni su xətti çəkilir
23-05-2026, 12:35
Prezident: "Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir"
23-05-2026, 12:30
Paytaxtı içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq
23-05-2026, 12:05
İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
23-05-2026, 11:40
Rəsmi Bakı Çinə başsağlığı verdi - FOTO - VİDEO
23-05-2026, 11:37
Qubada yol çökdü - Üç kəndin rayon mərkəzi ilə əlaqədi kəsildi - FOTO
23-05-2026, 10:05
Rusiyada Ermənistan içkilərinin satışı dayandırıldı