Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır?
İlk monitorinq apardığımız sahələrdən biri ölkə ərazisində fəaliyyət göstərən və Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana strukturlarının və kitabxana müəssisələri olub".
Azerimedia.Az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, monitorinq həm infrastrukturu, həm kadr potensialını, həm də kitabxana fondlarını, yəni məzmun fəaliyyətini əhatə edib:
"Üç il ərzində kifayət qədər geniş həcmdə məlumat toplanıb. Hesab edirik ki, bu məlumatların toplanması və təhlili xüsusi həssaslıq tələb edir. Çünki kitabxana sahəsi bütövlükdə milli bilik mənbəyi kimi çıxış edən əsas təsisatlardan biridir. Burada aparılacaq islahatların nəticəyönümlü və səmərəli olması üçün ciddi təhlilə ehtiyac var. Bu təhlillər artıq sistemləşdirilib və düşünürük ki, kifayət qədər məlumat bazası formalaşıb. Komandamızın və bu sahənin peşəkar mütəxəssislərinin iştirakı ilə həmin məlumatlar ətraflı təhlil olunub".
"Mədəniyyət Nazirliyi üçün kitabxanalar çox önəmli və vacib təsisatdır. Bəzən cəmiyyətdə belə fikirlərlə qarşılaşırıq ki, guya Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır və ya bu sahəyə münasibət soyuqdur. Bu, qətiyyən doğru deyil və belə bir mövqe qəbul edilə bilməz. Çünki kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir. Məlumatın əldə olunması və maarifləndirmə fəaliyyətinin təmin edilməsi baxımından onların rolu əvəzsizdir", - deyə nazir əlavə edib.
Dünən, 15:29
Ermənistanda əsgər yaralanıb: Müdafiə Nazirliyinin isə xəbəri yoxdur
Dünən, 15:24
Azərbaycan XİN Misirə başsağlığı verdi
Dünən, 14:50
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Dünən, 14:26
Pasportlarında "Azərbaycan" sözünü görən separatçılar İrəvanda aksiyaya başladılar
Dünən, 12:28
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Dünən, 12:10
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Dünən, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Dünən, 11:30
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Dünən, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 11:10
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir - Foto/Video
Dünən, 10:21
Nizami rayonunda məktəblərə gedən yolda şagirdlərə təhlükə: Sakinlər şikayət edirlər - Video
Dünən, 10:20
Azərbaycan nümayəndələri Ermənistanda - Foto
25-11-2026, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
25-11-2026, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
25-11-2026, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25-11-2026, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
25-11-2026, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
25-11-2026, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
25-11-2026, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
25-11-2026, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
25-11-2026, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
25-11-2026, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
25-11-2026, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
25-11-2026, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
25-11-2026, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
25-11-2026, 09:30
AZAL bilet qiymətlərini endirdi
25-11-2026, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu

