Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert keçirilib - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan təntənəli konserti keçirilib.
Bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində gerçəkləşib.
Əvvəlcə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Bu əlamətdar tarixlə xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın işıqlı gələcəyinin möhkəm təməllərinin qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkə başçısının liderliyində sərhədləri bütöv, suverenliyi tam olan qalib Azərbaycan ulu öndərin yaratdığı təməlin üzərindən bərqərardır.
Sonra bayram konserti başlanıb.
Orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Arazbarı", Qara Qarayevin "Yeddi gözəl" baletindən "Aişənin rəqsi" və "İldırımlı yollarla" baletindən "Ehtiraslı qızın rəqsi", Fikrət Əmirovun Min bir gecə" baletindən "Şəhrizadın bayramı", həmçinin "Azərbaycan elləri" və "Mǝn sǝni araram" mahnılarını səsləndirib.
Konsertdə həmçinin Niyazinin "Arzu", "Qaytağı", Cahangir Cahangirovun "Alagöz", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı "Qızların rəqsi" və "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları", Vasif Adıgözəlovun "Qərənfil", Süleyman Ələsgərovun "Vətənimdir", Müslüm Maqomayev "Azərbaycan", Fərhad Bədəlbəylinin "Dəniz", Antonio Vivaldinin "İlin fəsilləri" silsiləsindən "Yay", Həsən Rzayevin "Çahargah rapsodiyası" və xalq mahnılarımız səsləndirilib.
Solistlər Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgǝndǝrli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə tamaşaçılara əsl bayram ab-havası yaşadıblar.
Doğma yurda qayıdan Xankəndi sakinləri, Qarabağ Universitetinin müəllim və tələbələri, eləcə də azad torpaqların quruculuğunda iştirak edən vətəndaşlarımız bütün musiqi nömrələrini alqışlarla qarşılayıblar.
Xatırladaq ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidənqurmadan sonra ölkə başçısının iştirakı ilə mayın 28-də istifadəyə verilib.
Qeyd edək ki, qastrol layihəsi "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Bu gün, 17:27
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq
Bu gün, 17:15
Leysandan sonra yararsız hala düşən yollardakı SON VƏZİYYƏT - VİDEO
Bu gün, 16:22
Litvanın Azərbaycandakı səfirliyində konsulluq xidməti məhdudlaşdırılacaq
Bu gün, 16:20
İran millisinin kapitanı etiraz etdi: Jurnalistlərin sualları futbolçunu niyə əsəbləşdirdi?
Bu gün, 16:18
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Bu gün, 16:12
Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Sabahdan BÖYÜK GÜZƏŞTLƏR olacaq
Bu gün, 16:00
Səbail rayonunda piyada keçidi problemi: Sakinlərin həyatı TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 15:30
Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"
Bu gün, 13:51
"Haber Global": "Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi" - VİDEO
Bu gün, 13:49
Ərdoğan Azərbaycan xalqını təbrik etdi - FOTO
Bu gün, 13:46
Rəsmi Bakı: "ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq"
Bu gün, 13:00
Əli Əsədov Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib
Bu gün, 12:00
Tramp İranla münaqişənin həllində göstərdiyi yardıma görə Putinə təşəkkür etdi
Bu gün, 11:47
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI

Bu gün, 11:46
Naxçıvan şəhərini su basdı: Vətəndaşlar aidiyyəti qurumlardan kömək gözləyirlər - VİDEO
Bu gün, 11:33
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:31
TDT-nin baş katibi Azərbaycan xalqını təbrik edib
Bu gün, 11:26
Ağ Evdə UFC gecəsi: Qeyci Topuriyanı tanınmaz hala saldı - FOTO - VİDEO
Bu gün, 10:49
Azərbaycanda çimərlik mövsümünə START VERİLİR - FOTO
Bu gün, 10:45
KİV: Robert Koçaryanın Ermənistandan çıxışı qadağan edilib
Bu gün, 10:30
Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı
Bu gün, 10:13
Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert keçirilib - FOTO
Bu gün, 10:00
Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür - VİDEO
Bu gün, 09:41
Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin yox olmaqdan xilas edildiyi tarix - VİDEO
Bu gün, 09:30
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:12
İlham Əliyev Donald Trampı təbrik edib - FOTO