Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI
Mədəniyyət
16 iyn 2026 | 11:33
Xalq artisti Flora Kərimovanın səhhətində müsbət dinamika müşahidə olunur və o, yaxın günlərdə evə buraxıla bilər".

Bu barədə açıqlamasında sənətçinin köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimovanın vəziyyəti hazırda yaxşıdır və artıq qidalanmasına başlanılır:

"İndiyə qədər yoğurt yeyirdi. Bu gündən etibarən həkimlər ona yemək verməyə başlayacaqlar, hələlik şorba ilə qidalanacaq. Özüm də onunla danışmışam. Danışır, gülür, əhvalı yaxşıdır".

Yaqut İmanova son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Flora xanımın vəziyyəti ilə bağlı məsələ bir qədər şişirdilib. Biz hər il müayinə üçün xəstəxanaya müraciət edirik. Bu dəfə də planlı müayinə zamanı müəyyən problemlər aşkarlandı və həkimlər tam müayinə üçün onun bir neçə gün xəstəxanada qalmasını məsləhət gördülər. Dünən oxudum ki, guya Flora xanım komaya düşüb və qızı da bunu təsdiqləyib. Belə bir şey olmayıb axı. Qızının gəlməsi əvvəlcədən planlaşdırılmışdı. O, hər yay övladı ilə birlikdə gəlir. Sadəcə, bu dəfə Flora xanımın xəstəxanaya yerləşdirilməsi ilə onun gəlişi eyni vaxta təsadüf etdi. Biz iyunun 9-da xəstəxanaya getmişdik, qızı isə iyunun 12-də gəlib".

Y.İmanovanın sözlərinə görə, Flora Kərimovanın bütün tibbi göstəricilərində dünəndən yaxşılaşma müşahidə olunur:

"Bu gün Flora xanımın bütün tibbi göstəriciləri dünənlə müqayisədə daha yaxşıdır. Həkimlər bildiriblər ki, vəziyyət bu templə davam edərsə, 1-2 günə evə buraxılması mümkün ola bilər".

Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Dünən, 15:30
Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO - VİDEO
Dünən, 14:30
DİM əlavə buraxılış imtahanı keçirəcək - TARİX AÇIQLANDI
Dünən, 14:16
İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Dünən, 13:40
Londonda mədəniyyət karnavalında ara qarışdı - Kütləvi həbs
Dünən, 13:10
Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi
Dünən, 13:00
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Dünən, 11:40
"Bütün növ əmək pensiyalarının məbləği artırılacaq" - Deputatdan ŞAD XƏBƏR
Dünən, 11:40
Azərbaycan media nümayəndələri Bişkekdə - VİDEO
Dünən, 11:30
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
29-08-2026, 13:16
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
29-08-2026, 13:15
Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək
29-08-2026, 12:43
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
29-08-2026, 12:19
Paşinyanla Putinin görüş tarixi və gündəliyi açıqlandı - Şok detallar
29-08-2026, 12:17
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 11:45
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
29-08-2026, 11:10
İtkin düşən 16 nəfər tapıldı
29-08-2026, 11:00
Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
29-08-2026, 10:30
AAYDA vətəndaşlara müraciət etdi
29-08-2026, 09:13
Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək
28-08-2026, 16:41
Azərbaycandan Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 16:39
IV qrupda tələbə adını qazanmayanlar bu ixtisaslara QƏBUL OLUNACAQLAR
28-08-2026, 16:00
Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı
28-08-2026, 15:00
Rasim Balayevin yerinə seçki bu tarixdə keçiriləcək
28-08-2026, 14:40
Bu ünvanlardakı binalar sökülə bilər
28-08-2026, 14:30
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib
28-08-2026, 14:30
Azərbaycanda pensiyaların orta MƏBLƏĞİ ARTIB
28-08-2026, 13:10
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK