Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
Mədəniyyət
24 iyn 2026 | 14:00
İyunun 23-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti (RİH) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.



Tədbirdə Xətai RİH-in başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Əli Nur, şair, publisist Baba Vəziroğlu, əməkdar artist Dilarə Əliyeva, şairlər İlqar Fəhmi və Rüstəm Behrudi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur.

Mərasim çərçivəsində şairin həyat və yaradıcılıq yolunu əks etdirən çıxışlar səsləndirilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda, Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu il mayın 20-də Sabir Rüstəmxanlının 80 yaşı tamam olub. Yubiley münasibətilə ölkəmizdə və xarici ölkələrdə silsilə tədbirlər keçirilir.













Bu gün, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
Bu gün, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
Bu gün, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
Bu gün, 13:37
Uitkof: İlham Əliyev milli maraqları, regional sabitliyi başa düşən lider kimi heyran etdi
Bu gün, 13:30
Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
Bu gün, 13:25
"Fənərbağça" hücum xəttinə ulduz futbolçu gətirir - FOTO
Bu gün, 13:16
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
Bu gün, 13:00
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Bu gün, 12:34
Dünyada "Gunra" virusu yayılır: ABŞ və Cənubi Koreya hüquq mühafizə orqanları hərəkətə keçdi
Bu gün, 12:30
Meteohəssas insanların NƏZƏRİNƏ
Bu gün, 12:00
Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Bu gün, 10:23
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
Bu gün, 09:58
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Bu gün, 09:25
Donald Tramp FIFA-ya XƏBƏRDARLIQ ETDİ
Bu gün, 09:22
30 yaşlı kişi dənizdə batdı
Dünən, 15:43
Azərbaycanda əhalinin gəlirləri artıb
Dünən, 15:42
FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi
Dünən, 14:39
Ukraynanın Tatarıstana hücumu:12 ölü, 39 yaralı
Dünən, 13:44
Daha iki ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Dünən, 13:41
Xameneinin kürəkəni Xərrazidən Tehranı silkələyən ÇAĞIRIŞ
Dünən, 13:40
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
Dünən, 13:33
Şair Çingiz Əlioğlu dəfn olunub
Dünən, 11:30
Bakıda çimərlikdən meyit tapıldı
Dünən, 11:06
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
Dünən, 11:00
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO
7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı