Xalq artisti Mirzə Babayevin doğum günüdür - VİDEO
Mədəniyyət
16 iyl 2026 | 13:46
İyulun 16-da tanınmış müğənni və aktyor, Azərbaycan estrada sənətinin banilərindən olan Xalq artisti Mirzə Babayevin doğum günüdür.

Azerimedia.Az xatırladır ki, Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ildə Bakının Maştağa kəndində dünyaya gəlib.

O, əvvəlcə Bakı Sənaye İnstitutunda memarlıq ixtisası üzrə təhsil alıb. Lakin musiqiyə olan həvəsi onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib. M.Babayev burada məşhur vokal ustadı Bülbülün sinfində təhsil alıb və 1953-cü ildə konservatoriyanı bitirib.

M.Babayevin səsi, özünəməxsus ifa tərzi və səhnə mədəniyyəti onu qısa zamanda sevilən sənətçilərdən biri edib.

O, təkcə səhnədə deyil, kino dünyasında da unudulmaz izlər qoyub. "Dərviş Məstəli şah", "Bəyin oğurlanması", "Qorxma, mən səninləyəm", "Telefonçu qız" filmlərində canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb. Sənətçi ümumilikdə 30-dan çox filmdə rol alıb və bir çox musiqi əsərinə kino dili ilə yeni nəfəs verib.

Videoya baxmaq ucun linke daxil olun

Çoxşaxəli yaradıcılığa malik sənətkar həm də memar və rəssam kimi fəaliyyət göstərib. O, Azərbaycan Memarlar İttifaqının üzvü olub. Paytaxtla yanaşı regionlarda da onun layihəsi ilə inşa olunmuş tikililər mövcuddur. Keçmiş "Vətən" kinoteatrı onun layihəsi üzrə tikilmişdi. O, həmçinin Nizami muzeyinin zallarının tərtibatında iştirak edib.

Əmək və sənət uğurlarına görə M.Babayev "Xalq artisti" fəxri adı ilə, "Şöhrət" ordeni və bir sıra digər mükafatlarla təltif edilib. İki dəfə "Humay" mükafatına layiq görülüb, Prezident təqaüdçüsü olub.

Azərbaycan musiqisinə və kinosuna töhfələri ilə yadda qalan sənətkar 2003-cü il yanvarın 13-də vəfat edib. O, II Fəxri xiyabanda dəfn olunub.
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək