"Məktəb illəri" mahnısının müəllifindən AÇIQLAMA: "Bütün Azərbaycan ondan danışırdı"
Mədəniyyət
15 sen 2026 | 12:25
"Məktəb illəri" mahnısının müəllifindən AÇIQLAMA: "Bütün Azərbaycan ondan danışırdı"
"Məktəb illəri" mahnısı ifa olunanda, paylaşılanda mütəəssir oluram. Bir müəllif kimi mənə çox xoş təsir bağışlayır. Bütün sosial şəbəkədə paylaşıblar".
Azerimedia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 100-dən çox məşhur mahnının söz yazarı olan Kəmalə Abiyeva deyib:

"Mahnının tarixçəsini də bölüşüblər. İstər-istəməz biz də yada düşürük. Bir yaradıcı adam üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bəstə, mahnı öz yerində. Aygün Səmədzadə də məni çox gözəl duyub və bu şeirə gözəl mahnı bəstələyib. Ümumiyyətlə, Aygün xanımla çox gözəl işbirliyimiz olub və bütün mahnılarımız hitə çevrilib.

"Məktəb illəri" bizim ilk mahnılarımızdandır. Artıq 25 yaşı tamam olub. 25 ildən artıq sözləri dillər əzbəri olan bir mahnının söz müəllifi olmaq o qədər qürurvericidir ki... Mən bilmirəm, bizdə indi belə müəllif varmı? Məncə yaradıcı adamın xoşbətliyi bundadır. Bu mahnı insanların ürəyinə yol tapır, zövqünü oxşayır, unudulmur".

O, mahnının sevilməsini belə izah edib:

"Bu mahnının sevilməsində hər üçümüzün - Aygün Səmədzadənin, Lalə Məmmədovanın və mənim əməyim var. Təbii ki, mövzu fərqli idi. Belə bir mahnı yox idi. Bu qədər düşündürücü bir mahnı oldu. Bəstəkar şeiri o qədər duydu ki, həmin sözlərə tam oturan bir musiqi yazdı. Yoxsa bu şeiri o qədər adam eşitməzdi bəlkə də. Lalə xanım da onu gözəl ifa etdi. Mahnı oxunan kimi, bir gündə məşhur oldu. Bütün Azərbaycan həmin gün o mahnıdan danışırdı. Belə hallar tək-tük olur".
Dünən, 15:29
Ermənistanda əsgər yaralanıb: Müdafiə Nazirliyinin isə xəbəri yoxdur
Dünən, 15:24
Azərbaycan XİN Misirə başsağlığı verdi
Dünən, 14:50
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Dünən, 14:26
Pasportlarında "Azərbaycan" sözünü görən separatçılar İrəvanda aksiyaya başladılar
Dünən, 12:28
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Dünən, 12:10
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Dünən, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Dünən, 11:30
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Dünən, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 11:10
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir - Foto/Video
Dünən, 10:21
Nizami rayonunda məktəblərə gedən yolda şagirdlərə təhlükə: Sakinlər şikayət edirlər - Video
Dünən, 10:20
Azərbaycan nümayəndələri Ermənistanda - Foto
25-11-2026, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
25-11-2026, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
25-11-2026, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25-11-2026, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
25-11-2026, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
25-11-2026, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
25-11-2026, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
25-11-2026, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
25-11-2026, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
25-11-2026, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
25-11-2026, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
25-11-2026, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
25-11-2026, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
25-11-2026, 09:30
AZAL bilet qiymətlərini endirdi
25-11-2026, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu