Cəmşid Əmirov Azərbaycan Ədəbiyyatında dedektiv janrının bünövrəsini qoymuşdur
Hüquq-mühafizə orqanlarının işçiləri bu gün də onun qəhrəmanlarına oxşamağa çalışırlar.
Sevindirici haldır ki, görkəmli yazıçı, Azərbaycan ədəbiyyatı tarixində ilk olaraq macəra janrına müraciət edərək biri-birindən dəyərli əsərlər yaradıb xalqa miras qoymuş Cəmşid Cabbar oğlu Əmirovun kitabları çoxsaylı oxucu kütləsinin, Ziyalıların, müxtəlif sənət adamlarının, yazıçıların, şairlərin, o cümlədən elə bu sətirlərin müəllifinin müraciəti əsasında LAYİQLİ ÖVLAD Dilşad xanım Əmirovanın iradəsi və himayədarlığı sayəsində Latın qravikası ilə yenidən çap olunmaqdadır.
"Brilyant məsələsi", "Qara Volqa", "Mənim əsl məhəbbətim", "Səhər yatarkən", "Sahil əməliyyatı" kimi məşhur əsərləri ilə oxuculara tanınan yazıçının hələ də çap olunmamış kitabları vardır. Dilşad xanımın dediyinə görə S. Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və incəsənət arxivində C.Əmirovun adına açılmış şəxsi fondda əlyazmalar şəklində saxlanılan həmin əsərlər də tezliklə çap olunub SOVQAT şəklində oxucuların-Cəmşid Əmirov sevərlərin ixtiyarına veriləcək Onun haqqında yazanlar dönə-dönə mətbuata gəlişini "Dəqiqələr, saniyələr" adlı oçerki ilə bağlayırlar. Adından göründüyü kimi o, bir insan olaraq həyatında görəcəyi işləri planlaşdıra bilmiş, dəqiqələrin, saniyələrin qədir-qiymətini meyarlamışdır.
Yazıçını o vaxtkı VƏTƏN sayılan SSRİ miqyasında tanıtdıran "Sahil əməliyyatı" povesti olub. Bu əsər qıza zamanda bir neçə dilə tərcümə olunaraq sovet oxucusuna çatdırılmış və mərkəz Moskvanın da diqqətini çəkmişdir. Aslan Kənan "Xatirələrdə yaşayan yazıçı" məqaləsində bu məsələni incəliklə qeyd etmişdir: "Təsadüfi deyil ki, respublikadan kənarda da oxucu marağına səbəb olan bu əsər kinematoqrafçıların diqqətini cəlb etməyə bilməzdi. Məhz buna görə də əsərin senarissinin yazılması üçün yazıçıya müraciət olunur və nəticədə həmin povest əsasında “İstintaq davam edir” filmi çəkilib nümayişə buraxılıb.
“Hərbi katerlərin, vertolyotların və bu kimi ağır heyətin çəkilişə cəlb olunması nəinki o dövr üçün, hətta indiki dövrdə də asan məsələ deyil”.
Diqqət yetirdikcə yazıçının həmin əsərinə o vaxtkı SSRİ rəhbərliyindən necə yüksək qiymət verildiyi qənaətinə gəlmiş olarıq. Təkcə rəhbərliyin verildiyi qiymətmi? Bəs oxucu kütləsinin rəyi nəzərə alınarsa?
Etiraf edilməli faktdır ki, əksər dahilər, filosoflar məşhur yazarlar eyni vaxtda həm mövcud iqtidarın, həm də oxucu kütləsinin rəğbətini qazana bilməyiblər . Lakin Cəmşid Əmirov həmin xoşbəxt yazıçılardan olub ki, həm ölkə rəhbərliyinin, həm də milyonlarla oxucu kütləsinin rəğbətini qazana bilib.
Bu haqda Samirə Mirbağırova ilə Aslan Kənanın birgə hazırladığı "60-cı illərin əfsanəvi yazıçısı" adlı məqalədə bir məqam diqqətimizi çəkir:
“Qara Volqa" ilk dəfə 50 min tirajla nəşr olunsa da, oxucuların davamlı tələbi nəticəsində nəşriyyat əsəri yenidən 50 min nüsxə ilə çap etməyə məcbur olur. Qısa bir zamanda 100 min tirajla çap olunan “Qara Volqa" kitab köşklərində "qeybə çəkilir". Əsəri əldə edə bilməyən oxucular məcburiyyət qarşısında "qara bazara" üz tuturlar”.
Cəmşid Əmirovu oxuculara həmin dövrdə də, üstündən yarım əsrə yaxın keçməsinə baxmayaraq indinin özündə də sevindirən onun boş söz yığınlarından yan keçməsi, real hadisələri hüquqi yazıçı peşəkarlığı ilə qeyd edib məntiqə uyğunlaşdırmasıdır. Onun əsərlərində mövzu qıtlığı və boşluqlar hiss olunmur. Hadisələr zəngin və ardıcıl təsvir olunub. Hətta o qədər zəngin təsvir olunur ki, bəzən bir işin detallarını operativ araşdırmaq üçün hüquqi-mühafizə orqanlarının işçiləri bəs etmir, xalq durijinaçılarından köməyə göndərilənlər də olur.
Bununla belə yazıçıda ideal obraz məfhumu yoxdur. Həyatda hər bir insan səhvə yol verdiyi kimi, hüquq mühafizə işçiləri də ideal olub nöqsanlardan yan keçə bilməzlər.
“Brilyant məsələsi”ndə Polkovnik Talıb İsayev simasında təmkinlə, səbrlə, hər şeyi ölçüb-biçməyi bacaran şəhər polis idarəsinin rəisi kimi müsbət obraz önə çəkilmişdir. O mütəmadi olaraq işçilərin qüsur və nöqsanlarını irad tutur və həmin nöqsanların arasından qaldırılması üçün şərait və vaxt ayırır. Bu əlbəttə ki, gözəl işdir. Lakin başqalarının səhvini görüb söyləmək, irad tutmaq vacib olduğu kimi insan gərək özünə qarşı söylənilən iradları da qəbul etməyi bacarsın.
Quldur Yadullaya fin bıçağının ötürülməsi məsələsini araşdırarkən Polkovnik İsayev general Xəlilovun iradlarını həzm edə bilmir, dərhal işi həbsxanaya, cavabdehliyi isə həbsxana rəisi Şeytsovun üzərinə yönəldir. Amma çox keçmir ki, yanıldığının şahidi olur. Aydın olur ki, onun öz tabeçiliyində olan Salman Niftəliyevin tamahkarlığından və maymaqlığından istifadə edən cinayətkarlar Yadullaya fin bıçağını ötürə biliblər.
Bəzən "Qara Volqa" əsərini "Brilyant məsələsi" nin davamı kimi də qiymətləndirirlər. Çünki burada Ağəlinin adına alınmış qara volqadan söhbət gedir. Həm də yazıçı Cəmşid Əmirovun həyatdan götürdüyü milis zabiti Səfərəli Rüstəmovun obrazını canlandırdığı kapitan, sonralar mayor rütbəsi almış, daha sonra isə podpolkovnik rütbəsində fəaliyyətini davam etdirən Əli Rüstəmovdur. Heç şübhəsiz ki, Əli Rüstəmov da başqaları kimi ideal surət deyil. O da, bəzən emosiyalara qapılır, tələskənliyə yol verir, səhvlər buraxır. Polis İdarəsinin rəisi polkovnik Talıb İsayevin ona bildirdiyi iradlar buna gözəl nümunədir. Amma bu da bir həqiqətdir ki, Əli Rüstəmov cavanlığına, təcrübəsizliyinə baxmayaraq hadisənin (qətlin) araşdırılması istiqamətində ana xətti inkişaf etdirə bilir. Bu xüsusiyyətlər şəhərdən gəlmiş təzə müstəntiq Adilə Paşayevaya da xarakterikdir.
Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycanda, xüsusilə də Bakıda ermənilərə, ruslara, qeyri millətlərin nümayəndələrinə xüsusi rəğbətlə yanaşırdılar, onlar şəhərin ən gözəl yaşayış massivlərində mənzillə təmin olunur, boş rəhbər vəzifələrə irəli çəkilir, hətta seçkilər zamanı nəinki onlara üstünlük verilir, birmənalı şəkildə ermənilər, ruslar istehsalatdan deputatlığa seçilirdilər. Belə bir vaxtda real həyatdan götürülmüş Rantik Nalbəndyan, Yaşa Naqopetyan kimi tüfeyli həyat keçirən, heç bir ictimai-faydalı əməklə məşğul olmayan ünsürləri məhz erməni millətinin nümayəndələri kimi ifşa etmək yazıçıdan böyük cəsarət tələb edirdi. Göründüyü kimi peşəkar yazıçı bu işin də öhdəsindən ustalıqla gəlmişdir.
Bu gün müasir qələm sahibləri tez-tez Cəmşid Əmirov irsinə müraciətlər edir, ondan bəhrələnirlər. Dedektiv janrda uğurla qarşılanan əsərlər müəllifi Elxan Elatlı “Qan ləkəsi” romanının adını görkəmli yazıçının əsərlərindən birində olan yarımbaşlıqdan götürmüş və gözəl bir dedektiv əsəri yarada bilmişdir.
Cəmşid Əmirov polis işçiləri ilə yaxından tanış olmuş, onun dindirmələrdə, əməliyyat tədbirlərində iştirakı əsərlərinin dolğunluluğa zəmin yaratmışdır.
Həm də fəxrlə qeyd ediləsi haldır ki, hüquq-mühafizə orqanlarında çalışanların çoxu görkəmli yazıçı Cəmşid Əmirovun qəhrəmanlarına oxşamağa çalışırlar.
Ağamir Behbudov
Cavad Həsənli
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
