İrəvan Dövlət Dram Teatrının təmiri niyə illərdir yekunlaşmır? - Rəsmi AÇIQLAMA
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında aparılan təmir-bərpa işləri hələ də yekunlaşmayıb. Hansı ki, bu işlərə beş il öncə başlanılıb.
Qeyd edək ki, 2019-cu ildə ölkə başçısı Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, teatra bu məqsədlə iki milyon manat vəsait ayrılıb.
Əsaslı şəkildə təmir olunan bina isə 2020-ci il dekabrın 25-də təhvil verilməli idi. Binanın təmirə başlamasından 5 il keçməsinə baxmayaraq, teatr hələ də təhvil verilməyib.
Məsələ ilə bağlı İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyevlə əlaqə yaradılıb. Teatr rəhbərinin sözlərinə görə onlar da təmir işlərinin bitməsini gözləyirlər:
“İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının təmiri bitmədiyinə görə, biz hələ ora köçməmişik. Yekunlaşmamış təmir işləri qalıb, onları gözləyirik. İşlərin bitmə tarixi ilə bağlı bizə heç nə deyilməyib. Əslində təmirə 2019-cu ildən başlanılıb və deyilmişdi ki, bir ilə yekunlaşacaq. Amma 2009-2019-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuşdu ki, teatr 2023-cü ilin sonuna kimi təhvil verilməlidir. Hələ ki, texniki işlərə görə təmir yekunlaşmayıb”.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova isə Bizim.media-ya “məsələ araşdırılır” açıqlamasını verməklə kifayətlənib.
Məlumat üçün bildirək ki, teatr 1882-ci ildən etibarən fəaliyyətə başlayıb və azərbaycanlıların tarixən köklü yaşadığı elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınır. İrəvan Teatrı dəfələrlə erməni vandalizminə məruz qalıb.
Məhz Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu alıb, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşıyıb.
Azərbaycanlılar 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunandan sonra teatr fəaliyyətini yalnız 1967-ci ildə bərpa edib, daha sonra 1980-ci illərin sonunda ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşüb, qaçqın həyatı yaşamalı olub.
Teatr 1989-cu ildən Bakı şəhərində fəaliyyət göstərir. Uzun müddət İrəvan Dövlət Dram Teatrının əsas problemi binasının təmirsiz vəziyyətdə qalması olub.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
