Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
Bu gün tanınmış dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun doğum günüdür. Onun doğumundan 118 il ötür.
Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub. Şair uşaqlıq illərini doğma kəndində keçirib, ilk təhsilini kənd məktəbində alıb.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edib. Seminariya mütərəqqi bir maarif ocağına çevrilib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da olublar.
Seminariyada o, ilk şeirlərini qələmə alıb. Bunlar xalq poeziyası formasında - lirik qoşmalar olub. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxıb. Şairin ilk çap əsəri - “Cavanlara xitab” şeiri 1925-ci ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazıb.
Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayıb. Onun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğun şeir və poemalarında sevgiyə və təbiətə tərənnümlərinə geniş yer verib. Şairin 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızda bütün dövrlərin ən yaxşı nəzm əsərləri arasında göstərilib.
1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb.
1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib.1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb. İki dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və iki dəfə ”Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956), Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri olub.
Şair 1956-cı il mayın 27-də ağciyər xərçəngindən dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib. Şairin övladları da atalarının yolunu davam etdirib və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın ”Xalq yazıçısı”, Vaqif Səmədoğlu Azərbaycanın ”Xalq şairi”, qızı Aybəniz Vəkilova isə ”Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər. Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşdirilib. Bakıda şairin möhtəşəm heykəli ucaldılıb, parka və mərkəzi küçələrdən birinə şairin adı verilib.

Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start