Xalq artisti Elmira Şabanovanın doğum günüdür
Mədəniyyət
1 noy 2024 | 14:00
Noyabrın 1-i Xalq artisti Elmira Şabanovanın doğum günüdür.

Elmira Balahüseyn qızı Hüseynova 1940-cı ildə Bakıda anadan olub.

O, 1958-62-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültəsində təhsil alsa da, atası sənətini davam etdirməsinə mane olur.



E.Şabanova institutun I kursunda rejissor Rüfət Şabanovla ailə qurur və rejissor qadağan etdiyi üçün o, 1977-ci ilə kimi kinoya çəkilmir. Aktrisa bu haqda deyir:

"Əvvəl atam, sonra da həyat yoldaşım mənə qadağa qoydular. Mən həyat yoldaşımı başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdürlər. O bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, sevgi filmində bircə rol ifa etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən. Ona görə də mən qırx yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə rejissorlar mənə ancaq ana rolları verdilər".

E.Şabanova 1962-97-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent işləyib. "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə çəkilib.



1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə ekranlarda görünən aktrisa xüsusilə 1980-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı "Həmidə xanım" obrazı mühüm yer tutub



E.Şabanova "Qocalar", "Qafqaz", "40-cı qapı" filmlərində bir-birindən gözəl obrazları ilə yadda qalıb.

Aktrisa 2006-cı ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Bu gün, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Bu gün, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Bu gün, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Bu gün, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir