Mərhum aktyor Bahadur Əliyevin doğum günüdür
Mədəniyyət
24 fev 2025 | 15:59
Bu gün tanınmış aktyor Bahadur Əliyevin doğum günüdür.

Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub.

O, ömrünün 39 ilini kino sənətinə həsr edib və 80-ə yaxın filmdə çəkilib.

Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan "Əlibaba və 40 quldurun macəraları", Hindistanın "Abdulla", həmçinin Özbəkistanın "Şerəli və Aybərçin" filmində çəkilib. Lakin o, daha çox "Ulduz" kinofilmindən sonra tanınıb. Həmin ekran əsərində Bahadur "Qədir" obrazını canlandırıb.

Bahadur Əliyev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) kino və dram aktyorluğu fakültəsinə daxil olub. 1956-cı ildə institutu bitirib və "Bakı" kinostudiyasında rejissor assistenti vəzifəsinə qəbul edilib.



B. Əliyev 1957-1959-cu illərdə çəkilən "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində aktyor kimi çıxış edir. Lakin 1959-cu ildə o, "kinostudiyada işin həcmi azaldığına görə" işdən azad olunur və Bakıdakı "Lal-karlar üçün Mədəniyyət evi"nə bədii rəhbər vəzifəsinə işə düzəlir.

1961-ci ildən "Azərbaycanfilm"də korrektor ştatına işə götürülüb. 1961-1965-ci illərdə "Telefonçu qız", "Əmək və qızılgül", "Romeo mənim qonşumdur", "Böyük dayaq", "Möcüzələr adası", "Sehrli xalat" filmlərində müxtəlif rollarda çıxış edir.

1965-ci ildə böyük inzibatçı vəzifəsində çalışmağa başlayır. Həmin vaxt o, "Dağlarda döyüş", "Yenilməz batalyon", "Yun şal", "İstintaq davam edir" və s. filmlərdə rol alır.

Bahadur Əliyev 1968-1973-cü illərdə kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsində işləyir. O, həm xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində iştirak edir, həm inzibatçı kimi dublyaj işini təşkil edir, həm də filmlərə çəkilir. Bu dövrdə ekranlaşdırılan "Axırıncı aşırım", "Həyat bizi sınayır", "O qızı tapın" və s. kinolentlərdə onun rolu var.

O, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Bu zaman "Babək", "Evlənmək istəyirəm", "Özgə ömür" və s. filmlərdə çəkilir. B.Əliyev 1995-ci ildə o, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxır.

Bahadur Əliyev 16 sentyabr 2002-ci ildə Sumqayıt şəhərində yolda gedərkən infarkt keçirib və vəfat edib.
Bu gün, 14:07
Məktəblərdə vahid geyim formasına qarşı etirazlarda yaranan mənzərə - VİDEO
Bu gün, 13:56
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto
Bu gün, 13:54
İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto
Bu gün, 13:50
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
Bu gün, 13:39
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
Bu gün, 12:50
Təhsil müəssisələrində ictimai asayişi pozan 37 nəfər həbs edildi
Bu gün, 12:40
Azərbaycanlı hərbçiyə görə Ermənistanda korpus komandanının müavini vəzifəsindən qovuldu
Bu gün, 12:30
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Bu gün, 12:03
Çağırışçıların müayinəsindəki nöqsanlara görə həkimlərə xəbərdarlıq edildi
Bu gün, 11:50
AFFA gənc futbolçular üçün yeni layihələrini təqdim edib
Bu gün, 11:31
Prezident: "Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"
Bu gün, 11:17
İlham Əliyev İspaniya Kralını təbrik edib
Bu gün, 10:05
Təhsil Şurası bəyanat yaydı
Bu gün, 09:42
Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bu gün, 09:41
Ər-Riyad aeroportuna növbəti hücum: Pakistan vətəndaşı öldü, xeyli yaralı var
Bu gün, 09:00
Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"