Azad Gürcüstan Partiyasının lideri: "Azərbaycan bizim üçün nümunədir"
Qərb və Gürcüstan arasında münasibətlərin sürətlə pisləşməsi artıq mayın ortalarında "Xarici təsirin şəffaflığı haqqında" Qanuna qarşı müxalifət mitinqində İslandiya, Litva və Estoniyanın xarici işlər nazirlərinin açıq şəkildə iştirak etməsi ilə tam aydın oldu.
Gürcüstanlı siyasi xadim, Azad Gürcüstan Partiyasının lideri Kaxa Kukava belə hesab edir. O, müsahibəsində qeyd edib ki, başqa ölkələrin xarici işlər nazirlərinin Tbilisidə mitinqdə çıxış edərək gürcülərə necə hərəkət etməyi göstərmələri yolverilməzdir:
- Bu hadisə gürcüləri çox narahat etdi. Azərbaycanda, məsələn, belə bir rəzillik heç nəzəri cəhətdən mümkün olmazdı. Hər hansı bir xarici dövlət xadimi bu cür hərəkətlərə görə ölkədən sürətlə və nümayişkaranə şəkildə çıxarılardı. Gürcüstan indi öz suverenliyini bərpa etmək mərhələsindən keçir və Azərbaycan bizim üçün nümunədir. Sizin tam suveren dövlətiniz var, xarici siyasətdə öz maraqlarınız rəhbər tutulur, şərti "əbədi tərəfdaşlar" qarşısında əbədi öhdəliklər götürülmür.
Mən Gürcüstanın indiki hakimiyyətinin tərəfdarı deyiləm, lakin bu konkret məsələdə onların yanaşmasını tamamilə bölüşürəm. Litva, ABŞ və ya hər hansı digər dövlətlərin məmurları bizim daxili işlərimizə qarışmamalıdırlar.
Qeyd etmək lazımdır ki, Gürcüstan və Qərb arasındakı münasibətlər əvvəldən, 1992-ci ildən düzgün qurulmamışdı. O zaman qanuni prezident Zviad Qamsaxurdiya devrildi. Bu, xarici təsir, o cümlədən Qərbin təsiri nəticəsində baş verdi. Bundan sonra Gürcüstan tam müstəqil olmadı və hökumət bunu başa düşürdü: əgər Qərb nəsə məsləhət görürdüsə, bu, tövsiyə deyil, direktiv idi. Bizim Qərbdən asılılığımız əksər postsovet ölkələrindən daha güclü idi.
Hazırda indiki hakimiyyət doğru danışır və hərəkət edir, mən onlara bu işdə uğurlar arzulayıram. Amma onlar sona qədər getməyə nə qədər hazırdırlar? Azərbaycanda güclü dövlət institutları var, dövlət başçısının arxasında güc və xalqın dəstəyi var. Gürcüstan hakimiyyətinə isə hazırda seçicilərin dəstəyi o qədər də yüksək deyil. Rəngli inqilab üçün təhlükəli vəziyyət yaranır.
Xüsusi xidmət orqanlarımızın təhdidlər və təxribatlara, xaricdən planlaşdırılan yarıminqilabi ssenarilərə qarşı mübarizə qabiliyyəti isə ayrı mövzudur.
Amma indi Gürcüstan və Qərb arasında baş verənləri belə xarakterizə etmək olar: Gürcüstan, gecikmə ilə olsa da, yetişdi və başa düşdü ki, guya təmənnasız kömək edən xaricdən "xeyirxah day-daylar" olmur. Deməli, Qərblə əməkdaşlığın yeni formulunu tapmaq lazımdır, çünki əməkdaşlıq quldarlıq demək deyil.
- Amma eyni zamanda, Tbilisinin Avropa kursu qorunub-saxlanılır? Axı Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusundan məhrum edilə biləcəyi barədə bəyanatlar səslənir.
- Burada hər şey sadədir. Gürcüstanın inteqrasiyası üçün Avropanın təklifi yalnız o halda qüvvədə qalacaq ki, Tbilisidə Avropanı qane edən hökumət olsun. Əgər hakimiyyət oktyabra qədər və ya oktyabrdan sonra (məhz o zaman parlament seçkisi keçirilməlidir - red.) dəyişməsə, Avropa İttifaqı müstəqil Gürcüstanla əməkdaşlığı davam etdirməyəcək. Qərb yalnız ölkəmizdə marioneti hökuməti qəbul edəcək.
- Əlbəttə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin fransalı həmkarı Emmanuel Makrona "ölkəni və ümumiyyətlə Qafqazı sovet və rus boyunduruğundan xilas etməyə kömək etmək" xahişi ilə müraciətini soruşmaya bilmərəm. Bəlkə, məhz buna görə Gürcüstan Baş naziri İrakli Kobaxidze Salome Zurabişvilini vətənə xəyanətdə ittiham edib?
- Bu, orta əsr siyasətidir. İki feodal bir şeyi öz aralarında bölə bilmədikdə digər ölkələrin şahlarını, imperatorlarını, krallarını dəvət edirdi. Salome Zurabişvili müstəqil dövlətin prezidenti kimi qəbul edilmir. O özü də düşünür ki, hansısa müstəmləkənin general-qubernatoru kimidir. Amma bu, yalnız Zurabişvilinin günahı deyil, axı vaxtilə onu Gürcü Arzusu dəstəkləyirdi. Salome Zurabişvili heç vaxt sabit mövqe tutmayıb, özü də təkcə siyasətdə deyil. Mən dəfələrlə demişəm ki, buna görə problemlər olacaq.

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start