Vətən müharibəsi iştirakçısı: "Heç kim beş dəqiqə sonra nə olacağını bilmirdi"
"Hərbi hissədə dörd topun heyət nəfəri idim. Beş rayonun işğaldan azad olunmasında iştirak etmişəm. Biz müharibəyə Füzulidən başlamışdıq".
Bu sözləri müsahibəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı Tural Xəlilov deyib.
O bildirib ki, döyüşə başladıqları Füzuli rayonunda çətinliklərlə dolu 13 gün keçiriblər:
- Hərbi hissədə dörd topun heyət nəfəri idim. Beş rayonun işğaldan azad olunmasında iştirak etmişəm. Biz müharibəyə Füzulidən başlamışdıq. Orada çətinliklərlə dolu 13 gün keçirdik. Bu müddətdə, demək olar ki, heç bir yol qət edə bilməmişdik. Topun heyət nəfərləri olaraq deyilən hədəfləri vururduq. Kor hədəfləri də vura bilirdik. Çətinliyimizin bir qismi bəzən yemək yeyib, su içməyə vaxtımızın olmaması idi. Füzulidən sonra Cəbrayılda döyüşməyə başladıq. Təxminən 10 gün burada döyüşdükdən sonra sürətlə irəlilədik. Daha sonra Qubadlı, Zəngilan istiqamətində hərəkətə keçdik. Sonuncu döyüş yerimiz Xocavənd oldu.
- Müharibə başlayanda hansı hissləri keçirirdiniz?
- Bizim tək amalımız 30 il müddətində işğal altında olan torpaqlarımızı geri qaytarmaq idi. Artıq uzun müddət gözlədiyimiz vaxt gəlib çatmışdı. Mən bu döyüşdə Azərbaycan əsgərinin, Azərbaycan xalqının istəyinə nail olmaq yolunda hansı gücə sahib olduğunun şahidi oldum. Həm qəzəb, həm həyəcan hissi keçirirdim.
- Döyüşdüyünüz istiqamətdə itkiləriniz çox oldu?
- Hamımız döyüşə ürəklə gedirdik. Amalımız uğrunda vuruşurduq. İlk günlərdə şəhid vermədik. Lakin Xocavənd istiqamətində gedən döyüşlərdə iki şəhidimiz oldu.
- Hansı anlarda ailəniz gözünüzün önünə gəlirdi?
- Müharibənin ilk vaxtlarından, döyüşdə iştirak edən gündən həmişə ailəmi xatırlayırdım. Düşünürdüm ki, şəhid olsam, nə edəcəklər, necə olacaqlar? Lakin buna baxmayaraq, xalq üçün döyüşdüyümü də heç zaman unutmurdum. Onları qorumaq, torpaqları azad etmək naminə bu yolda irəliləyirdik. Hərdən qəhərlənirdim. Çünki bu elə bir an idi ki, beş dəqiqə sonra sənə nə olacağını bilmirdin. Heç kimə məlum deyildi ki, öləcəksən, yaralanacaqsan, yoxsa sağ qalacaqsan? Bu hissləri sözlə ifadə etmək olmur.
- Torpaqlarımızın işğaldan azad olunmasından dörd il ötür. İlk qələbə xəbərini eşidəndə hansı hisslər keçirdiniz?
- İlk qələbə xəbəri veriləndə mən Xocavənddə idim. Bu hisslərin sözlə tərifi mümkünsüzdür. Çox gözəl hisslər idi. Otuz il işğalda olan torpaqlarımız artıq azad idi. Bu bizim üçün çox böyük qürur mənbəyi idi. O an yaşadığım hissləri izah etməkdə çətinlik çəkirəm, çünki bunun bir izahı yoxdur. Allah şəhidlərimizə rəhmət etsin! Bu gün torpaqlarımız Ali Baş Komandanımız, şəhidlərimiz hesabına azaddır.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start