Himalay Məmişov: "700 mindən çox şəxsin əməkhaqqısı artırılacaq"
Müsahibə
7 yan 2025 | 16:21
"Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub. Ümumilikdə bu islahatdan 700 mindən çox şəxs yararlanacaq".

Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov "DOST TV"nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, islahatdan yararlanacaq vətəndaşların 400 mini dövlət sektoru, 300 mini isə özəl sektorda fəaliyyət göstərənlərdir:

"Azərbaycanda minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin maaşlarının artırılmasına təsirini göstərir".

H.Məmişov qeyd edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır ki, bu da 14%-lik artım deməkdir:

"Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək".

Sədr həmçinin vurğulayıb ki, müavinət və təqaüdlərin artırılması ilə böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:

"Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var".

H.Məmişovun sözlərinə görə, tələbələrə dövlət dəstəyinin olması da daim diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.

"Bizim cari ildə üzərimizə düşən vəzifələrdən biri verilən tapşırıqların keyfiyyətlə, vaxtında, operativ yerinə yetirilməsidir".
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start