Nazir: Son 20 ildə talassemiyadan ölüm halı 5 dəfə azalıb
Müsahibə
30 yan 2025 | 13:53
İlkin tibbi sanitariya yardımına yanaşma yalnız kompleks şəkildə olmalıdır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, müstəqillik illərində Azərbaycanda davamlı olaraq səhiyyə sektorunda islahatlar həyata keçirilir: “Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşının rifahı və onun sağlamlığının qorunması dayanır. Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70 %-dən çoxu regionlarda yerləşən tibb müəssisələri və ambulator müəssisələrdir”.

Teymur Musayev qeyd edib ki, son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək talassemiyadan ölüm sayları 5 dəfə azaldılıb: “2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqi əhalinin bir sıra tibb xidmətlərinə əlçatanlığını fantastik şəkildə artırıb. 3315 tibb xidməti hazırda xidmətlər zərfinə daxildir, müəyyən sahələr üzrə cərrahi əməliyyatların sayı 89 % artıb. Bu özü göstərir ki, maliyyəni alaraq əhaliyə yüksək səviyyəli tibb xidməti göstərə biləcək tibbi infrastruktur mövcuddur. Son illərdə tətbiq olunan icbari tibbi sığorta tətbiqi bizi ilkin tibbi sanitariya yardımına yenidən baxılmasını, təkmilləşməsini zəruri edir. İlkin tibbi sanitariya xidmətinə müasir baxış bugünkü dinləmədə təmin olunacaq. Bu sahədə əl-ələ verərək ölkəmizdə müasir səhiyyə sisteminin tələblərinə cavab verən ilkin tibbi sanitariya xidmətini əhalimizin istifadəsinə verə biləcəyik”.
Dünən, 15:29
Ermənistanda əsgər yaralanıb: Müdafiə Nazirliyinin isə xəbəri yoxdur
Dünən, 15:24
Azərbaycan XİN Misirə başsağlığı verdi
Dünən, 14:50
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Dünən, 14:26
Pasportlarında "Azərbaycan" sözünü görən separatçılar İrəvanda aksiyaya başladılar
Dünən, 12:28
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Dünən, 12:10
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Dünən, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Dünən, 11:30
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Dünən, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 11:10
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir - Foto/Video
Dünən, 10:21
Nizami rayonunda məktəblərə gedən yolda şagirdlərə təhlükə: Sakinlər şikayət edirlər - Video
Dünən, 10:20
Azərbaycan nümayəndələri Ermənistanda - Foto
25-11-2026, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
25-11-2026, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
25-11-2026, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25-11-2026, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
25-11-2026, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
25-11-2026, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
25-11-2026, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
25-11-2026, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
25-11-2026, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
25-11-2026, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
25-11-2026, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
25-11-2026, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
25-11-2026, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
25-11-2026, 09:30
AZAL bilet qiymətlərini endirdi
25-11-2026, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu