Xərçəngin qarşısını almaq üçün yeni üsul tapılıb
Səhiyyə
17 mar 2025 | 13:27

Avstraliyanın Sidney şəhərində yerləşən Uşaq Tibbi Araşdırma İnstitutunun (CMRI) bazar ertəsi apardığı yeni araşdırmada alimlər hüceyrələrin xərçəngə qarşı müdafiəsinə kömək edən təəccüblü mexanizm aşkar ediblər.

Azerimedia.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, xromosomların uclarında olan qoruyucu qapaqlar olan telomerlər yaşlanma və xərçəngin qarşısının alınmasında əsas rol oynayır. Zaman keçdikcə, bu strukturlar təbii olaraq qısalır və qocalmış hüceyrələrə bölünməni dayandırması üçün siqnal verir. Tədqiqatın nəticələrinə, bu proses xərçəngə qarşı mühüm qoruma effektinə malikdir.

Tədqiqatın rəhbəri Toni Sezare yeni kəşflə bağlı bildirib: “Məlumatlarımız telomerlərin daha aktiv olduğunu göstərir. Onlar stresə kəskin reaksiya verə bilir və qocalmağa bənzəyən hüceyrə reaksiyasını aktivləşdirmək üçün aktiv şəkildə açılır. Qoruyucu qapaqlar bunu xərçəngdən qorunmaq məqsədilə edir”.

Sezare və komandası telomerlərin xərçəngin qarşısının alınmasında oynaya biləcəyi aktiv rolu anlamaq üçün Yaponiyanın Kyodo Universitetindəki həmkarları ilə birlikdə çalışıblar.

“Nature Communications” nəşrində dərc edilən araşdırma telomerlərin yaşla birlikdə passiv şəkildə qısalmaqdan daha çox şey etdiyini ortaya qoyub. Belə ki, hüceyrə xərçəngin inkişafının qarşısını almaq üçün yaşlanma proseslərini sürətləndirir və stresə aktiv şəkildə cavab verir. Sezare qeyd edib: “Əksər insanlar telomerləri hüceyrə bölünməsi ilə qısaldılan passiv bir varlıq kimi düşünürlər. Bu, qocalma zamanı istifadə edilən passiv uğursuzluqdur”.

Hüceyrələrin çoxalması dövrünün dayandırılmasına və ya proqramlaşdırılmış hüceyrə ölümünə səbəb olan telomerlər zədələnmiş hüceyrələri nəzarətsiz şəkildə bölünməzdən əvvəl aradan qaldırmağa kömək edir. Alim hesab edir ki, bu kəşf telomerlərin əvvəllər məlum olmayan xərçəng əleyhinə funksiyasını təqdim edir.

Cezare təklif edir ki, telomer biologiyası üçün əhəmiyyətindən əlavə, bu sıçrayış xərçəng müalicəsi üçün də yeni yollar aça bilər. Yeni metod xərçəngli hüceyrələrin ölümünü sürətləndirmək üçün telomerləri hədəfləmək perspektivli terapevtik strategiya təklif edə bilər.

Yeni metod əsasında xərçəngin profilaktikası üçün dərman preparatları hazırlanacaq.
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:00
İran yeni silahlar hazırlayır
29-09-2026, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
29-09-2026, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
29-09-2026, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
29-09-2026, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
29-09-2026, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
29-09-2026, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
29-09-2026, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN