Perinatal Mərkəzin sabiq direktoru: "Bizdəki balonlar kifayət etmirdi"
Respublika Perinatal Mərkəzində yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş sabiq direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin sabiq müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin sabiq müdiri Elnur Əhmədlinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Azerimedia.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi proses təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyevanın ifadəsi ilə davam edib.
M.Abasquliyeva bildirib ki, FHN əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyi qaydalarına dair tədbirlər keçirib:
"Tədbirdə zəlzələ, yanğın və digər təhlükəli vəziyyətlər barədə maarifləndirici söhbətlər aparılıb. İşçilər tədbirdə yanğınsöndürən balonlardan istifadə etməyi öyrəniblər. İşçilər balonlardan necə istifadə edəcəklərini bilirdilər. Bizdəki balonlar kifayət etmirdi. Yeniləmək üçün kifayət qədər maliyyə olmayıb. Mərkəz TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyyələşdirilib".
Təqsirləndirilən şəxs onu da qeyd edib ki, bundan başqa, onun rəhbərliyindən öncə də mərkəzdə çoxsaylı problemlər olub:
"Qazanxanada nasazlıq olduğu üçün isti su gəlmirdi. Mərkəzin binasında məndən öncə quraşdırılan havatəmizləyici qurğu da işləmirdi. Bunları dekabr-yanvar aylarında özüm təmir etdirmişdim. Daha sonra mərkəzə 20 kq-lıq paltaryuyan maşın, soyuducu və digər lazımi cihazlar almışdım".
O, öz vəsaiti ilə mərkəzdə təmir işləri apardığını da deyib:
"Mənim aylıq əməkhaqqım 6 549 manat olmasına baxmayaraq, öz şəxsi büdcəmdən mərkəzin işlərinə 3 500 manat xərcləmişəm. Bundan əlavə, mərkəzin yanğın siqnalizasiyası yararsız vəziyyətdə olub. Bunun yenilənməsi üçün 60 min manat tələb olunub. Digər xərclərlə yanaşı, təmirə 200 min manat lazım idi. Bundan əlavə, yanğın təhlükəsizliyi siqnalizasiyasının quraşdırılmasına, dam örtüyünün sökülərək siqnalizasiyanın oraya yerləşdirilməsi və digər işlərin görülməsi üçün ümumilikdə 2 milyon 705 min manat lazım olub. Yanğın təhlükəsizliyi siqnalizasiyasının olmaması barədə TƏBİB-ə yazılı məlumat verdim. Lakin qurumdan bu vəsaitin külli miqdarda olduğu deyildiyi üçün həmin pulu ala bilmədik. Bu gün də mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı siqnalizasiya sistemi quraşdırılmayıb. Buna görə də 2025-ci ildə mərkəzin rəhbəri inzibati məsuliyyətə cəlb olunub".Mehriban Abasquliyeva deyib ki, əvvəlki rəhbər tərəfindən stasionar müalicə alan xəstələrin saxlanılması müddəti süni şəkildə uzadılıb:
"Mən bu neqativ halların aradan qaldırılması üçün tədbirlər gördüm. Dövlət büdcəsindən artıq vəsait xərclənməsinin qarşısını aldım. Məsələn, mərkəzdə müalicə edilən xəstəyə 10 gün lazım idi, amma bu, süni şəkildə 20 günə qədər artırılırdı. Mən təyin ediləndən sonra bu neqativ hallara son qoydum, bir xəstənin müalicə olunduğu müddətə iki xəstəni dövlət hesabına müalicə etmək mümkün idi".
Növbəti proses martın 4-də keçiriləcək.
Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq, yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Bu gün, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN