Soyuqdəymənin müalicəsi zamanı buraxılan dörd əsas səhv açıqlandı
Səhiyyə
12 dek 2023 | 09:56
İnsanlar çox vaxt kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdə özünümüalicə ilə məşğul olurlar, çünki onlar artıq mövsümi soyuqdəymələrə öyrəşiblər. Ancaq pandemiyadan sonra bütün dünyada KRVİ, qrip və COVID-19-un paralel dalğası var. Belə şəraitdə dəqiq diaqnoz qoyulmadan özbaşına müalicə etmək olmaz.

Bu barədə rusiyalı həkim Aleksandr Lavrişov soyuqdəymə zamanı buraxılan məşhur səhvlər barədə danışarkən bildirib.

Həkim ilk səhvlərdən biri kimi vaksinlərə qarşı qorxu və ya inamsızlığı göstərib. Həkim qeyd edib ki, vaksin sağaltmır, o sadəcə immunitet sistemini gücləndirir və bu prosedur istənilən vaxt həyata keçirilə bilər.

Lavrişev daha sonra vurğulayıb ki, bu gün soyuqdəymə üçün universal antiviral dərman yoxdur.

“Qrip və koronavirus üçün ayrıca dərmanlar var. Bununla belə bu preparatlar bütün virusları məhv etmir, ancaq konkret viruslarla mübarizə aparır”, - deyə terapevt izah edib.

Həkim həmçinin qan testi və həkim resepti olmadan, xüsusən də profilaktika məqsədilə antibiotik qəbul etməməyə çağırıb.

Bundan başqa ümumi zəiflik olduqda yüksək hərarətə dözməkdən çəkindirib.

Sonda Lavrişov soyuqdəymə zamanı buraxılan daha bir səhvə işarə edib.

“Çox vaxt hamilə qadınlar körpəyə zərər verəcək mifi ilə əlaqədar dərman qəbul etmirlər. Ancaq bu gün KRVİ-yə qarşı hamilə qadınların qəbul edə biləcəyi çox sayda dərman var”, - deyə o, sözlərini yekunlaşdırıb.
Dünən, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Dünən, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Dünən, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Dünən, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir