Saatlıda keçilməz vəziyyətdə olan kənd yolu: "Baxan və tədbir görən yoxdur"
Şikayətlər
19 yan 2026 | 17:26
Saatlı rayonunda bir sıra kəndlərə gedən avtomobil yollarının yararsız vəziyyətdə olması kənd sakinləri üçün problemlər yaradır.

Azerimedia.Az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.



Qeyd olunub ki, uzun illərdir əsaslı təmir olunmayan bu yollar xüsusilə payız-qış aylarında, demək olar ki, keçilməz hala düşür. Yolun dağılmış olması nəqliyyatın hərəkətini çətinləşdirir, təcili tibbi yardım və digər xidmətlərin kəndlərə vaxtında çatmasına mane olur. Palçıq, çuxurlar və asfalt örtüyünün olmaması səbəbindən avtomobillər tez-tez sıradan çıxır.

"Yollarımız yararsız vəziyyətdədir. Uşaqlarımız məktəbə gedə bilmirlər. Bu vəziyyətdə yolla uşağı valideyn ya çiynində, ya da maşınında aparmalıdır. Neçə ildir bu yollar bu vəziyyətdədir, amma baxan, tədbir görən yoxdur. Özümüz birtəhər vəziyyətdən çıxmağa çalışırıq", - deyə kənd sakini bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Saatlı rayonu Orta Muğan bələdiyyəsinin sədri Əli Əsgərli bildirib ki, sözügedən yol Nabatkənd kəndinə gedən yoldur.

"Bu yolda vəziyyətin çətin olmasından xəbərimiz var. Kənd yollarında yağıntılı havalarda müəyyən çətinliklər yaranır. Amma bu yollardakı problemi aradan qaldırmaq üçün bələdiyyə tərəfindən müvafiq layihə hazırlanıb. Həmin layihəyə əsasən, Nabatkənd kəndinə gedən yolun bərpa olunması 2026-cı ilin aprel-may aylarına nəzərdə tutulub. Çünki havaların yağıntılı olduğu vaxtda müntəzəm işlər görmək mümkün deyil. May ayının sonuna kimi yol normal şəkildə sakinlərin ixtiyarında olacaq", - deyə Ə.Əsgərli bildirib.
Bu gün, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Bu gün, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Bu gün, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Bu gün, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir