"Yaşıl dərə"də yolların vəziyyəti sakinləri narahat edir: "Avtobusla da getmək olmur"
Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivində yolların yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.
Azerimedia.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.
Videoya baxmaq üçün linkə daxil olun
Görüntülərdə yolların uzun müddətdir təmir olunmaması əksini tapıb. Sakinlər bildiriblər ki, xüsusilə 7-ci məhəllədə yollar çox yararsız haldadır.
"Yolların bərbad olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Avtobusla da getmək olmur", - deyə şikayətdə bildirilib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini xahiş ediblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt şəhər bələdiyyəsindən bildirilib ki, şəhərin yol-nəqliyyat infrastrukturunun mərhələli şəkildə yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər planı icra olunur.
"Həmin tədbirlər planına uyğun olaraq, şəhərin müxtəlif ərazilərində təmirə ehtiyac olan yol sahələrində asfaltlama və bərpa işləri aparılır. Müraciətdə qeyd olunan, 42 saylı ictimai nəqliyyat marşrutunun hərəkət etdiyi ərazi üzrə yol infrastrukturunun təmir olunması da Sumqayıt şəhər bələdiyyəsinin tədbirlər planına daxil edilib və nəzərdə tutulmuş ardıcıllıq əsasında müvafiq işlərin görülməsi planlaşdırılır.
Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatın hərəkət marşrutları daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mütəmadi monitorinqlər və zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, 33 saylı marşrut üzrə yolun müəyyən hissəsində artıq asfaltlama işləri aparılıb və oxşar tədbirlərin 42 saylı marşrut üzrə də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.

Bu gün, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
Bu gün, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Bu gün, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Bu gün, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir