Qərbi Azərbaycan İcması bəyanat yaydı
“Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Artıq bir neçə ildir Azərbaycana qərəzini açıq şəkildə nümayiş etdirən Komissiyanın bu ilki hesabatı da Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur. Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporası üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırır”.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda vurğulanıb ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqam bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı ümumiyyətlə izləməməsidir. Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbirstanlığı dağıtmaqla dini azadlığı tam “təmin edib”.
Sənəddə daha sonra deyilir: “Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən Komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı.
Hesabatda “dağlıq qarabağ” kimi ifadələrdən işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib.
Biz Komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq”.
2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
2-10-2026, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
2-10-2026, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
2-10-2026, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
