Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib
Siyasət
21 apr 2025 | 12:38
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib.

Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb.

Görüşdə bildirilib ki, 1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm Kolleci bu sahədə Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir. Təxminən 3 000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə 50-dən çox təlim proqramı var.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə mövcud əlaqələr, iki xalq arasındakı möhkəm dostluq münasibətləri, bu əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ölkələr arasında münasibətlərdə yeni səhifə açdığı vurğulanıb. Mövcud əlaqələrin genişlənməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin öz töhfəsini verdiyi qeyd olunub. Fondun təhsil və sosialyönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi xatırladılıb.

Görüş zamanı ikitərəfli münasibətlərə, ümummilli lider Heydər Əliyevin iki ölkənin və xalqın dostluğu istiqamətindəki töhfələrə, hazırda Azərbaycan-Vyetnam yüksəksəviyyəli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha da genişləndirilməsi, bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib.

Ticarət və Turizm Kollecində, həmçinin 1968-90-cı illərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış vyetnamlı məzunlarla görüş keçirilib. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış vyetnamlı məzunların xüsusi rol oynadıqları diqqətə çatdırılıb. Bildirilib ki, məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artıb. Sovet dönəmində Azərbaycanda beş minədək vyetnamlı təhsil alıb.

Görüşdə Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib.

Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.





















2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
2-10-2026, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
2-10-2026, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
2-10-2026, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub