Qərbi Azərbaycan İcması bəyanat yaydı
Siyasət
23 iyn 2025 | 20:47
"Qərbi Azərbaycan İcması (QAİ) İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı 21-22 iyun 2025-ci ildə İstanbulda qəbul etdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi bəyanatını sərt şəkildə qınayır".

Bu barədə İcmanın bəyanatında deyilir.

Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir.

"Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.

Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin - 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu - dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını "tarixi uğur" kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir.

Qayıdış hüququndan imtina müqabilində "kompensasiya" ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymamışdır.

Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 600-dən çox məzarlıq isə yer üzündən silinmişdir.

Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir. Ermənistanın hazırkı hökuməti Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, haqq-ədalətin öz yerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsin bərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiq göstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi sözügedən bəyanatı bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edən dəlil kimi pisləməyə çağırır", - QAİ-nin bəyanatında bildirilir.
2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
2-10-2026, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
2-10-2026, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
2-10-2026, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub