Elçin Əmirbəyov Yunanıstanda bir sıra görüşlər keçirib
Siyasət
2 iyl 2025 | 12:00
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstan Respublikasında işgüzar səfərdə olub.
Azərbaycan-Yunanıstan ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi məqsədilə həyata keçirilən səfər çərçivəsində Elçin Əmirbəyov Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos, baş nazirin diplomatik ofisinin rəhbəri Yannis Miltiadis Nikolaidis, xarici işlər nazirinin müavini Aleksandra Papadopulo, Yunanıstan Parlamentinin üzvü Sofia Yannis Voultepsi, eləcə də Delfi İqtisadi Forumunun Prezidenti Symeon Tsomokos ilə görüşlər keçirib. Sözügedən görüşlərlə yanaşı, E.Əmirbəyov Avropa və Xarici Siyasət üzrə Yunan Fondunun (ELIAMEP) rəhbər və ekspert heyəti ilə dəyirmi masa çərçivəsində tərəfləri maraqlandıran mövzularda müzakirələr aparıb.

Elçin Əmirbəyov BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illərdə qeyri-daimi üzvü və Avropa İttifaqının fəal üzvü kimi Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, son dövrlərdə iki ölkə arasında yenidən canlanan və konstruktiv şəraitdə həyata keçirilən siyasi dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Bu xüsusda, ticarət dövriyyəsinin artırılması və yaşıl enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə və turizm kimi sahələrdə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xalq diplomatiyası çərçivəsində əlaqələrin genişləndirilməsi istiqamətində parlamentlərarası təmasların mühüm əhəmiyyət kəsb etdiyi və bu məsələ üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı niyyət ifadə olunub.

Azərbaycan-Aİ münasibətlərində 2025-ci ilin əvvəlindən təkan götürən müsbət dinamikanın davam etdirilməsinə qitənin aparıcı təsisatının fəal iştirakçısı kimi Yunanıstanın müsbət töhfə verəcəyinə inam qeyd olunub. Bu xüsusda, Elçin Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daşıdığı strateji rolu və nəqliyyat bağlantıları və xüsusi olaraq, Orta Dəhliz vasitəsilə Asiya-Avropa ticarət dəhlizində açar və əlaqələndirici funksiyasını diqqətə çatdırıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın və ölkələr arasında əlaqələrdə son zamanlar müşahidə olunan müsbət meyillərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, etibarlı, davamlı və dönməz sülhün əldə olunması istiqamətində hələ də öz həllini gözləyən mövcud maneələr, o cümlədən rəsmi Bakının Ermənistandan və beynəlxalq ictimaiyyətdən gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yolverilməz olduğunu qeyd edən E.Əmirbəyov, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməli və keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk qrupu və digər aidiyyəti qurumların ləğv edilməli olduğunu bildirib. Əlavə olaraq, rəsmi Afinanın ölkəmizin sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə edilib. Qarşı tərəf Ermənistanla Azərbaycan arasında ötən mart ayında sülh müqaviləsinin mətninin razılaşdırılması, eləcə də şərti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası istiqamətində əldə olunan irəliləyişləri alqışladıqlarını bəyan edib, iki ölkə arasında davamlı sülhün tezliklə əldə edilməsinin tərəfdarı olduğunu qeyd edib.
Səfər zamanı E.Əmirbəyov, həmçinin, yunan tərəfin diqqətini Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal siyasətinə, ələlxüsus Azərbaycan mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına çəkib. Görüşlərdə Ermənistan tərəfindən ərazilərimizin kütləvi və nizamsız şəkildə minalarla çirkləndirilməsi problemini vurğulayan dövlət rəsmisi, mina qurbanları, eləcə də ölkəmizdə aparılan minatəmizləmə fəaliyyətləri barədə təfərrüatlı məlumat verib, bu sahəyə dair nəşrləri yunan tərəfinə təqdim edib.

Yuxarıda qeyd olunan görüşlərdən savayı, Prezidentin nümayəndəsi səfər çərçivəsində nüfuzlu yerli media orqanlarına da müsahibələr verib.
Dünən, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Dünən, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Dünən, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Dünən, 12:30
Bu yol təmir etdirilir
Dünən, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Dünən, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Dünən, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Dünən, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Dünən, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Dünən, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub