Hikmət Hacıyev: "Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil"
Siyasət
26 iyl 2025 | 12:30
"Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil".

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir:

"Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir - real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb - bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır:

"Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni, demək olar ki, razılaşdırılıb. Bu, çox müsbət haldır. Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir - başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik".

"Yəni məsələ yalnız Ermənistan Konstitusiyası deyil?", - sualına H.Hacıyev belə cavab verib: "Bu məsələ həll olunduqdan sonra sülh yolunda artıq ciddi maneələrin qalmayacağına inanırıq".
Dünən, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Dünən, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Dünən, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Dünən, 12:30
Bu yol təmir etdirilir
Dünən, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Dünən, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Dünən, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Dünən, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Dünən, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Dünən, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub