İtaliya mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb
Siyasət
20 okt 2025 | 17:42
İtaliyanın aparıcı media resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini diqqət mərkəzində saxlayıb.
Azerimedia.Az xəbər verir ki, "Giornale Diplomatico","Notizie Geopolitiche","il Domani d`Italia", "Gazzetta Diplomatica","Kmetro0", "il Denaro", "Radio Studio90 Italia","Tele Citta", "MSN" və "ZaZoom" kimi saytların və xəbər portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirdiyi və tədbirlərdə iştirak etdiyi bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidentinin Roma Papası XIV Leo ilə görüşündə ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin xeyli inkişaf etdiyi vurğulanıb. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. XIV Leo Azərbaycan ilə qurulan bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa böyük təkan verdiyini deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva ilə Vatikanın dövlət katibi kardinal Pietro Parolinin görüşündə isə ikitərəfli münasibətlərin müsbət inkişafından məmnunluq ifadə olunub. Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu vurğulayıb. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini deyib.

Yazılarda məlumat verilir ki, səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Katakombaların bərpası layihəsinin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu qeyd edilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın, həmçinin Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşdüyü, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olduğu diqqətə çatdırılır. Azərbaycanın Birinci vitse-prezidentinin Avropanın ən böyük pediatrik "Bambino Gesu" xəstəxanasında molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olduğu, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri bildirilir.

Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi vurğulanır.


Dünən, 13:11
Dünyanın gözü İslamabaddadır: İsrail isə başqa plan cızır
Dünən, 13:09
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Dünən, 13:07
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir
Dünən, 13:05
Bakı metrosuna giriş bağlandı - YENİLƏNİB
Dünən, 13:03
Deputat: Qarabağ nə Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar əylənmək üçün gətirilən meymun...
Dünən, 12:33
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
Dünən, 12:15
Ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)
Dünən, 12:09
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Dünən, 12:07
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Dünən, 12:06
Qarabağ”la “Sabah” da cərimələndi - SƏBƏB
Dünən, 12:04
Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Dünən, 11:58
Konstitusiya Məhkəməsindən "Hərbi xidmət keçməkdən boyun qaçırma" maddəsində dəyişikliklə bağlı TƏKLİF
Dünən, 11:02
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Dünən, 10:44
Azərbaycandan Ermənistana dizel göndəriləcək
Dünən, 10:29
Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI
Dünən, 10:23
Mart ayında əlilliyə görə sosial ödəniş alanların SAYI AÇIQLANDI
Dünən, 10:18
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? (VİDEO)
Dünən, 10:13
Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
Dünən, 10:12
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Dünən, 09:01
Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək
20-04-2026, 17:30
Ukraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı - FOTO
20-04-2026, 14:14
Pensiya alanlara şad xəbər!
20-04-2026, 14:10
Azərbaycanda 12 uşağa görün nə ad qoyulub
20-04-2026, 14:07
Hərbi vəzifəlilərlə təlim toplanışı başladı - FOTO
20-04-2026, 14:04
Kür çayında DAŞQIN: Zərdabın Təzəkənd ərazisini su basdı - VİDEO
20-04-2026, 13:52
Ceyhun Bayramov BMT-nin sessiyasına sədrlik etdi, prezidentin müraciətini səsləndirdi - FOTO
20-04-2026, 13:34
Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər? - FOTO