Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Siyasət
9 dek 2025 | 11:22
"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Azerimedia.Az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 447.2 milyon manat və yaxud 3.9 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 41 milyard 703.6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296 milyon manat və yaxud 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyard 990 milyon manat və yaxud 10.6 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94.6 milyon manat və ya ÜDM-in 2.3 faizi səviyyəsində proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri:

- 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in 28.8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253 milyon manat və yaxud 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 447.2 milyon manat və yaxud 3.9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7 milyard 929.4 milyon manat və ya 25.8 faiz artıb.

- Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 25 milyard 774 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 899 milyon manat və ya 8 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1 milyard 393.2 milyon manat və ya 5.7 faiz çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1 milyard 646 milyon manat və ya 11.4 faiz az proqnozlaşdırılır.

- 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42.6 faizi və ya 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 57.4 faizi və ya 22 milyard 174 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10.2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manat və ya 10.6 faiz çox olacaq. 2024-cü ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1 milyard 126.6 milyon manat və ya 6.4 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 573.8 milyon manat və ya 13.1 faiz çox proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin xərcləri:

- 2026-cı il dövlət büdcəsinin xərcləri 41 milyard 703.6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296 milyon manat və ya 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyard 990 milyon manat və ya 10.6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31.1 faiz təşkil edəcək. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin xərcləri 9 milyard 639 milyon manat və ya 30.1 faiz artıb.
- Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60.3 faiz və ya 25 milyard 161.2 milyon manat (2025-ci illə müqayisədə 407.3 milyon manat və ya 1.6 faiz, 2024-cü ilin icrasına nisbətən 3 milyard 817.2 milyon manat və ya 17.9 faiz çox), əsaslı xərclər 33.8 faiz və ya 14 milyard 84.8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5.9 faiz və ya 2 milyard 457.6 milyon manat (2025-ci illə müqayisədə 58 milyon manat və ya 2.4 faiz, 2024-cü ilin icrasına nisbətən 1 milyard 162 milyon manat və ya 89.7 faiz çox) təşkil edəcək. 2026-cı ilin dövlət büdcəsinin cari xərclərinin 88.1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7.1 faiz-bənd çoxdur.

- 2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10 milyard 247.6 milyon manat (2025-ci illə müqayisədə 524.7 milyon manat və ya 5.4 faiz çox) və ya xərclərin 24.6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7 milyard 38.5 milyon manat (2025-ci illə müqayisədə 1 milyard 529.1 milyon manat və ya 27.8 faiz çox) və ya xərclərin 16.9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1 milyard 380.6 milyon manat (2025-ci illə müqayisədə 80.6 milyon manat və ya 6.2 faiz çox) və ya xərclərin 3.3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1 milyard 71.4 milyon manat və ya xərclərin 2.6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3 milyard 308.1 milyon manat və ya xərclərin 7.9 faizi həcmində, sosial ödənişlərə 3 milyard 433.6 milyon manat (2025-ci illə müqayisədə 68.9 milyon manat və ya 2 faiz çox) və ya xərclərin 8.2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62.1 milyon manat (2025-ci illə müqayisədə 11.1 milyon manat və ya 21.6 faiz çox) və ya xərclərin 0.1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13 milyard 901.8 milyon manat və ya xərclərin 33.3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183 milyon manat və ya xərclərin 0.4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1 milyard 77 milyon manat və ya xərclərin 2.7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına "Sair xərclər" maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225.2 milyon manat və ya 17.6 faiz az vəsait proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun maliyyələşdirilməsi:

- 2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94.6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2.3 faiz olmaqla cari ilin səviyyəsindədir.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
Bu gün, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Bu gün, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Bu gün, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Bu gün, 12:30
Bu yol təmir etdirilir
Bu gün, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Bu gün, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Bu gün, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Bu gün, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Bu gün, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Bu gün, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub