Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb
Siyasət
15 yan 2026 | 12:15
​14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində "ASAN xidmət" mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Azerimedia.Az xəbər verir ki, ​Azərbaycanın intellektual brendi olan "ASAN konsepsiyası" əsasında yaradılan mərkəz barədə məlumat verilib. Bildirilib ki, 2025-ci ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının baş nazirinin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" imzalanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət agentliyi tərəfindən "ASAN xidmət" təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

​"Pakistan ASAN xidmət" mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzdə "ASAN xidmət" standartları, "ASAN könüllük" proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.

Mərkəzin girişində Azərbaycan-Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.

Mərkəzlə tanışlıqdan sonra dövlət agentliyinin sədri Ülvi Mehdiyev ​"Pakistan ASAN xidmət" mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.

Baş nazir Məhəmməd Şahbaz Şərif "ASAN xidmət" modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, "ASAN xidmət"i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb.

Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla "ASAN xidmət" modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da "ASAN xidmət" modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.

Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan "ASAN xidmət" modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov və ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak ediblər.
Bu gün, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Bu gün, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Bu gün, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Bu gün, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı