Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub
Siyasət
19 yan 2026 | 10:48
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.

Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb.

Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar - qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir.

Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan "Dostluq" Parkını da ziyarət edib.

Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.





Bu gün, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Bu gün, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Bu gün, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Bu gün, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı