Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində 19-20 yanvar tarixlərində keçirilən "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edib.
Azerimedia.Az xəbər verir ki, tədbirin açılış mərasimində islam dünyasının nüfuzlu din xadimləri və dövlət rəsmiləri çıxış ediblər. Konfrans çərçivəsində keçirilən elmi sessiyalarda müxtəlif sivilizasiyalarda peşə mədəniyyəti, müasir dövrdə peşə etikası və gələcəyin formalaşdırılmasında mənəvi dəyərlərin rolu müzakirə olunub.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında dərin məzmunlu müzakirələrlə müşayiət olunan tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü ifadə edib. Nümayəndə heyətlərinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə konfrans çərçivəsində keçirilən görüşünün yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Misir zəngin tarixi, mədəni və dini bağlara malik ölkələrdir. Xalqlar arasında əsrlər boyu formalaşmış ortaq dəyərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları arasında səmərəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.
Ramin Məmmədov qeyd edib ki, islam sivilizasiyasında əmək yalnız iqtisadi fəaliyyət deyil, həm də insan ləyaqətinə, sosial məsuliyyətə və ümumi rifaha xidmət edən mənəvi öhdəlik kimi dəyərləndirilir. Azərbaycan xalqı bu etik çərçivələrin formalaşmasına elmi, intellektual və mədəni irsi ilə mühüm töhfələr verir. Çıxışda, həmçinin vurğulanıb ki, sürətli texnoloji dəyişikliklər, xüsusilə süni intellektin peşə sahələrinə təsiri yeni çağırışlar yaradır. Bu prosesdə əsas məsələ texnologiyaların inkişafının etik prinsiplərlə tənzimlənməsidir. Beynəlxalq təcrübə göstərir ki, dayanıqlı peşə mədəniyyətləri etik dəyərlərə, sosial həmrəyliyə və müxtəlifliyə hörmətə əsaslanır. Azərbaycanın birgəyaşayış və multikulturalizm modelinin bu baxımdan nümunə olduğunu bildirən komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə dinlərarası dialoq, dini azadlıq və müxtəlifliyə hörmət tarixi ənənələrə əsaslanan dövlət siyasətidir. Dünyəvi dövlət quruluşuna malik Azərbaycanda bütün dini icmaların hüquqları qorunur, onların mədəni və dini irsinə dövlət səviyyəsində dəstək göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məscidlərin, kilsələrin və sinaqoqların bərpası, yeni ibadət yerlərinin inşası tolerantlıq və dinlərarası harmoniyaya əsaslanan dövlət siyasətinin təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə dini-mədəni abidələrin bərpası regionun çoxşaxəli irsinin qorunmasına xidmət edir.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin peşələrini formalaşdırsa da, etik əsaslar olmadan bu proses bərabərsizliyi dərinləşdirə bilər. Ədalət, mərhəmət və insan ləyaqətini ön plana çəkən etik dəyərlər isə innovasiyanın insanlığa xidmət etməsini təmin edən əsas meyar olaraq qalır.

Bu gün, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Bu gün, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Bu gün, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Bu gün, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı