Alfa.lt: "Aİ Ermənistandakı siyasi xaosu görmür, Azərbaycana qarşı isə daha sərt mövqe tutur"
Siyasət
7 sen 2026 | 11:24
Alfa.lt: "Aİ Ermənistandakı siyasi xaosu görmür, Azərbaycana qarşı isə daha sərt mövqe tutur"
2026-cı il sentyabrın 1-də Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qagik Xaçatryan məhkəmə zalına xərəkdə gətirilib. Onun müdafiəçilərinin sözlərinə görə, sabiq nazir ağır onurğa xəstəliyindən və şiddətli ağrılardan əziyyət çəkir. Ermənistan İstintaq Komitəsi tərəfindən o, xüsusilə külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında təqsirləndirilir.

Azerimedia.Az Alfa.lt-yə istinadən xəbər verir ki, bu məlumatı bolqarıstanlı jurnalist və geosiyasi təhlilçi Todor Belenski öz məqaləsində qeyd edib.

Məqalədə vurğulanır ki, Q.Xaçatryanın məhkəmə işi Ermənistanın baş naziri Nikol Paşinyanın rəqiblərinə qarşı açılmış cinayət işləri zəncirinin, sadəcə, bir hissəsidir.


Avqustun 25-də sabiq prezident Robert Koçaryan və onun böyük oğlu Sedrakın ailələri ilə əlaqəli şirkətlərdəki axtarışlardan sonra saxlanıldıqları bildirilir. Prokurorluq tərəfindən Koçaryana vəzifə səlahiyyətlərini aşma, rüşvət alma və irihəcmli çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb. Sabiq prezidentin sədrlik etdiyi "Ermənistan" bloku isə bu prosesi siyasi sifariş kimi qiymətləndirib. Bundan əvvəl, iyulda digər məşhur müxalifətçi siyasətçi, iş adamı və oliqarx Qagik Sarukyan da həbs edilib. Ona qarşı dələduzluq və qanunsuz yollarla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamları irəli sürülüb.

Avqustda, həmçinin erməni apostol kilsəsinin rəhbəri, katolikos II Qaregin və daha altı nüfuzlu din xadimi məhkəmə qarşısına çıxarılıblar. Sözügedən şəxslər vəzifəsindən azad edilmiş bir yepiskopun işə bərpa olunması barədə məhkəmə qərarının icrasına bilərəkdən əngəl törətməkdə ittiham edilirlər. Siyasi mənzərə tam aydındır: müxalif siyasətçilər, keçmiş prezidentlər, onlara yaxın iş adamları, indi isə Ermənistanın milli kilsə rəhbərliyi cinayət təqiblərinin hədəfinə çevrilirlər. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin bu məsələlərə diqqəti Azərbaycanla bağlı situasiyalardan fərqli olaraq xeyli zəifdir.

Uzun illər boyu Avropa təsisatları və aparıcı Qərb mediası Bakıda guya insan hüquqlarının pozulduğuna dair iddiaları diqqət mərkəzində saxlayırdı. Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanı hədəfə alırdı. Lakin Ermənistandakı müxalifət nümayəndələrinə və kilsə xadimlərinə qarşı aparılan cinayət işləri beynəlxalq müstəvidə çox cüzi və qeyri-sabit reaksiyalarla müşayiət olunur.

Vaşinqtonda Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları mühüm diplomatik uğur olaraq qiymətləndirilir. Bununla paralel olaraq, Brüssel Bakı ilə əlaqələrini daha da genişləndirir. Avropa İttifaqının Azərbaycandakı səfiri Marianna Kuyunciç qısa müddət əvvəl Brüssel-Bakı münasibətlərinin "yeni fazaya" keçdiyini vurğulayıb. Hazırda yeni ikitərəfli müqavilə ilə bağlı müzakirələr aparılır və tərəflər tərəfdaşlıq prioritetlərini əks etdirən yeni sənəd üzrə ilkin razılıq əldə ediblər.

Lakin müxtəlif hökumətlərə eyni standartların tətbiq edilib-edilmədiyi məsələsi hələ də sual altındadır.

Cənubi Qafqaz regionu taleyüklü mərhələyə daxil olmaqdadır. Azərbaycan və Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi bölgənin gələcəyini köklü surətdə dəyişməyə qadirdir. Bununla belə, seçici yanaşmalar əsasında formalaşan sülh mütləq şəkildə öz siyasi əvəzini tələb edəcək.
Əslində isə cavab axtarılan sual daha bəsitdir: nə üçün bəzi qanun pozuntuları qlobal miqyasda rezonans doğurur, digərləri isə sadəcə, ölkədaxili məsələ kimi ört-basdır edilir?

Görünür, bunun səbəbi törədilmiş pozuntunun miqyası və ciddiliyindən daha çox, onun hansı hakimiyyət tərəfindən həyata keçirilməsi və yaranmış sükutun kimin maraqlarına xidmət etməsi ilə əlaqədardır.
Dünən, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
Dünən, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
Dünən, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
Dünən, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
Dünən, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
Dünən, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Dünən, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
Dünən, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub
Dünən, 10:38
Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
8-09-2026, 14:33
Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?
8-09-2026, 14:29
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM
8-09-2026, 14:00
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırdı - FOTO
8-09-2026, 13:30
Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO
8-09-2026, 13:07
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
8-09-2026, 13:00
PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
8-09-2026, 12:12
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO
8-09-2026, 12:08
"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
8-09-2026, 11:14
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
8-09-2026, 10:30
Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
8-09-2026, 09:30
UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
7-09-2026, 16:16
Bakıda bu evlər söküldü - FOTO
7-09-2026, 16:12
Azərbaycanda pul bazası artdı
7-09-2026, 16:11
Kanaldan meyit tapıldı
7-09-2026, 15:30
Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
7-09-2026, 15:26
Mustafa Qurbanlı: "Dronlar energetika sənayemizin vacib hissəsinə çevrilir"
7-09-2026, 15:00
Vətən müharibəsi ilə bağlı film ekranlara çıxır