İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azerimedia.Az xəbər verir ki, müraciətdə qeyd olunur:
"Hörmətli konfrans iştirakçıları!
Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəlbdən salamlayıram.
Müstəqil Azərbaycan dövlətinin tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində müasir audit institutunun formalaşdırılması və inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir. "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ümummilli lider Heydər Əliyevin demokratik idarəetmə prinsiplərinə və bazar iqtisadiyyatının institusional əsaslarının formalaşdırılmasına verdiyi yüksək önəmin, ölkədə maliyyə intizamının və şəffaflığın, hesabatlılığın təmin edilməsinə xidmət edən uzaqgörən və məqsədyönlü dövlət siyasətinin mühüm təzahürü idi. Həmin Qanuna uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Auditorlar Palatası ötən dövr ərzində ölkədə müstəqil audit sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, peşəkar auditor kadrlarının hazırlanması, şəffaflıq və hesabatlılıq mühitinin inkişaf etdirilməsi, habelə beynəlxalq qabaqcıl təcrübəyə uyğun müasir audit modelinin formalaşdırılması istiqamətində olduqca əhəmiyyətli və zəruri işlər görmüşdür. Nəticə etibarilə, auditor xidmətlərinin əhatə dairəsi xeyli nəzərə çarpacaq dərəcədə genişlənmiş, maliyyə hesabatlarının etibarlılığının təmin edilməsində, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasında audit institutunun rolu daha da artmışdır.
Auditorlar Palatasının yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransın ölkəmizdə auditor peşəsinin son otuz ildə keçdiyi inkişaf yolunun elmi və praktik müstəvidə təhlili, auditor fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar özünüidarəetmə institutunun möhkəmləndirilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarının tətbiqi ilə bağlı mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
Eyni zamanda, konfrans çərçivəsində audit fəaliyyətinin rəqəmsal transformasiya şəraitində yeni inkişaf istiqamətlərinin, böyük verilənlərin analitikası və süni intellekt texnologiyalarının audit prosesinə inteqrasiyasının, auditin ənənəvi uyğunluq funksiyasından kənara çıxaraq strateji tərəfdaş və dəyər yaradan institut kimi rolunun genişləndirilməsinin, habelə peşə etikası və ictimai etimad prinsiplərinin möhkəmləndirilməsinin müzakirə olunması müasir dövrün tələbləri baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnoloji transformasiyanın geniş vüsət aldığı müasir şəraitdə audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi hər bir ölkə qarşısında duran mühüm vəzifələrdən biridir. Bu xüsusda audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili, süni intellekt və müasir məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsi, audit proseslərində şəffaflığın və operativliyin artırılması, habelə beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasının fəaliyyətinin səmərəliyi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır. Bununla yanaşı, auditor peşəsinin nüfuzunun və ona olan ictimai etimadın qorunması, yüksək peşəkarlıq və etik davranış prinsiplərinin daha da möhkəmləndirilməsi, habelə peşəkar kadr potensialının gücləndirilməsi qarşıda duran əsas prioritetlər sırasındadır.
Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təşəbbüslər ölkəmizdə auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, auditdə rəqəmsal transformasiyanın və süni intellektin tətbiqinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, audit institutunun nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Bu əlamətdar yubiley münasibətilə Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını bir daha təbrik edir, tədbirin işinə uğurlar arzulayıram".
Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu