Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
Siyasət
30 okt 2026 | 14:50
Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Azerimedia.Az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi, o cümlədən Keşikçidağ (Qareci) monastırı və ətraf ərazi ilə bağlı məsələlər müzakirə olunub.

Məsələ həm Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında, həm də iki ölkənin baş nazirlərinin ikitərəfli görüşündə müzakirə edilib.

Baş nazir qeyd edib ki, tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.

"Son illər sərhədin delimitasiyası və demarkasiyası baxımından irəliləyiş olmayıb. Azərbaycanlı dostlarımızla birlikdə bu istiqamətdə sürətli irəliləyiş əldə etmək istəyirik. Razılığa gəlinməyən hər bir hissəni dostcasına müzakirə etməliyik. Təxminən 15 belə hissə var və onların hamısı üzrə fəal işləməliyik", - İ.Kobaxidze bildirib.

Hökumət başçısı vurğulayıb ki, əsas məqsəd məsələnin prinsipial həllinə nail olmaqdır və bunun üçün sərhədin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılması vacibdir.

O, Azərbaycan tərəfinin prosesin sürətləndirilməsi ilə bağlı müraciətə müsbət və səmimi yanaşma nümayiş etdirdiyini də qeyd edib.
Bu gün, 15:27
Ceyhun Bayramov sammitdə Zəngəzur dəhlizindən danışdı
Bu gün, 14:50
Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
Bu gün, 14:40
Roma Papası Azərbaycana gəlir
Bu gün, 14:29
ABŞ-də süni intellektlə bağlı sərt qərar: 18 yaşdan kiçiklərə qadağa
Bu gün, 11:30
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib
Bu gün, 11:12
Mərkəzi Banka yeni səlahiyyət verilir
Bu gün, 11:11
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu gün, 10:34
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Dünən, 14:31
Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub
Dünən, 14:30
Xırdalan sakinlərindən şikayət: E2 ekspres marşrutu son dayanacağa niyə getmir?
Dünən, 14:28
Qurban Qurbanov "Fənərbağça"nın baş məşqçi postuna namizəddir
Dünən, 14:25
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Dünən, 14:08
"Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır" - VİDEO
Dünən, 13:30
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yaydı
Dünən, 13:30
Zəhərli ilanlar və timsahlar küçələrə çıxdı
Dünən, 13:22
Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı
Dünən, 13:15
Səhiyyə Nazirliyinin yeni sözçüsü fəaliyyətə başladı
Dünən, 13:10
Kartdan-karta köçürmələrdəki limit ləğv oluna bilər - Bu halda
Dünən, 13:00
Kartlar üzrə komissiyalar endiriləcək - RƏSMİ AÇIQLAMA
Dünən, 12:40
Əhalinin borcu idarəolunmaz səviyyəyə qalxa bilər - Mərkəzi Bank sədri
Dünən, 12:30
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında çıxış etdi
Dünən, 12:20
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Dünən, 12:15
Azərbaycanda vəzifəli şəxslərə yeni qadağalar
Dünən, 11:39
Əli Əsədov Gürcüstana gedir
Dünən, 10:30
İlham Əliyev Ərdoğanı təbrik etdi
Dünən, 09:35
Bu gün iki rayonda qaz olmayacaq
28-10-2026, 17:39
Paşinyan İranla danışıqlar üçün xüsusi komissiya yaratdı