Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırılıb
Siyasət
8 dek 2023 | 09:50
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 7-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər zamanı Y.Rəfiyev Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Valid Əl-Xureyci ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın hərtərəfli inkişafı yolları müzakirə edilib.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Beynəlxalq EXPO-2030 Sərgisinə və 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi üçün ölkəsinin namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Y.Rəfiyev Səudiyyə Ərəbistanının Humanitar Yardım və Qayğı Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində verilən dəstəyə görə səudiyyəli nazir müavininə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Y.Rəfiyev səudiyyəli həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər və Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb.

Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Görüş zamanı ortaq maraq kəsb edən bir sıra beynəlxalq və regional məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start