Azərbaycan XİN rəhbəri: “Qərəzli bəyanatlar Aİ-nin vasitəçi roluna xələl gətirir” - YENİLƏNİB+ FOTO
11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı “Şərq Tərəfdaşlığı” çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub.
Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib.
Xarici işlər naziri Ceyhun Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə mövzusu olub.
01:04
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borellə görüşüb.
Bu barədə nazir “X” hesabında paylaşım edib.
Tərəflər Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.
“Azərbaycan-Avropa İttifaqı münasibətləri Şərq Tərəfdaşlığı çərçivəsində hərtərəfli müzakirə edilib. Regionumuzda davamlı sülhün əldə olunmasının vacibliyini qeyd olunub”, - deyə nazir qeyd edib.
Dünən, 18:32
Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq
Dünən, 17:00
Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO
Dünən, 16:35
Milli Onkologiya Mərkəzi xərçəng dərmanları üçün 35 milyon manatlıq tender elan etdi
Dünən, 16:14
Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə saziş təsdiqləndi
Dünən, 15:30
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK
Dünən, 15:16
Zəngilanda suvarma sisteminin qurulmasına bir milyon manat xərclənəcək
Dünən, 14:30
Dağıstanda fövqəladə vəziyyət: Dörd kənd su altında qala bilər - VİDEO
Dünən, 14:18
MİQ imtahanlarının vaxtı AÇIQLANDI
Dünən, 14:00
Boksun əfsanəsi Bakıya gəlir - Azərbaycanlı çempiona dəstək olacaq
Dünən, 12:12
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər işıqsız qalıb - FOTO - VİDEO
Dünən, 12:10
Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
Dünən, 11:59
Azərbaycanın məşhur alimi faciəvi şəkildə öldü
Dünən, 11:30
İran son itkilərini AÇIQLADI
Dünən, 11:02
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlandı
Dünən, 11:00
Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır
Dünən, 10:55
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
Dünən, 10:30
Sosial müavinət alanlara ŞAD XƏBƏR
Dünən, 10:10
Ceyhun Bayramov: Danışıqlar ABŞ-Ermənistan arasında aparılır
Dünən, 10:06
Qızıl bahalaşdı
Dünən, 10:03
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
Dünən, 09:40
Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışdı
8-07-2026, 14:30
HHQ və XTQ komandanları təltif olundular - FOTO
8-07-2026, 12:55
Azərbaycan və İordaniya viza rejimini ləğv edir
8-07-2026, 12:53
Komandolar təlim meydanlarına çıxarıldı - Nazir hadisə yerində - VİDEO
8-07-2026, 11:28
850 əcnəbi Azərbaycandan çıxarıldı - RƏSMİ
8-07-2026, 11:27
NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
8-07-2026, 11:11
İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul edib - FOTO
